Gülər Əhmədova hələ də BDU-nun müəllimidir
BDU-nun həbsdə olan
müəllimləri eks-deputat Gülər Əhmədova və Məhəmməd İmanlı adı çəkilən ali təhsil
müəssəsindən azad edilməyiblərmiş.
BDU-nun
həbsdə olan müəllimləri eks-deputat Gülər Əhmədova və Məhəmməd İmanlı
adı çəkilən ali təhsil müəssəsindən azad edilməyiblərmiş.
Avropa.info-nun araşdırması nəticəsində bəlli olub ki, BDU-nun rəsmi
saytında hələ də bu iki şəxs Universitetin müəllimləri kimi təqdim
olunurlar.
Qeyd edək ki, ötən ilin iki yadda qalan həbs qalmaqalı Bakı Dövlət
Universitetində çalışan müəllimlər ətrafında oldu. Sözügedən ali təhsil
ocağının professoru Məhəmməd İmanlı yaşadığı evdə külli miqdarda pul
alarkən yaxalandı. BDU ilə bağlı ikinci həbs isə sabiq millət vəkili
Gülər Əhmədova ilə bağlı oldu.
Xatırladaq ki, hazırda həbsdə olan G. Əhmədova da bu tədris
müəssəsində müəllim işləyirdi. Hər iki həbs ölkədə böyük sensassiyaya
səbəb oldu. Ancaq maraqlıdır ki, BDU-nun rəsmi saytında bu iki şəxs hələ
də universitetin müəllimləri kimi göstərilir. Aşağıdakı linkdə olan
məlumatlarla tanış olanda bu qənaətə gəlinir ki, həm Gülər Əhmədova, həm
də Məhəmməd İmanlı BDU-dan xaric edilməyib. Yəqin ki, BDU rəhbərliyi
məsələyə aydınlıq gətirər.
Bu faktı sübut edən linkə aşağıda baxa bilərsiniz:
– See more at: http://axar.az/news/6282#sthash.U76x0jjb.dpuf
BDU-nun həbsdə olan
müəllimləri eks-deputat Gülər Əhmədova və Məhəmməd İmanlı adı çəkilən ali təhsil
müəssəsindən azad edilməyiblərmiş.
Araşdırmalar nəticəsində bəlli olub ki, BDU-nun rəsmi saytında hələ də
bu iki şəxs Universitetin müəllimləri kimi təqdim olunurlar.
Qeyd edək ki, ötən ilin iki yadda qalan həbs qalmaqalı Bakı Dövlət
Universitetində çalışan müəllimlər ətrafında oldu. Sözügedən ali təhsil
ocağının professoru Məhəmməd İmanlı yaşadığı evdə külli miqdarda pul alarkən
yaxalandı. BDU ilə bağlı ikinci həbs isə sabiq millət vəkili Gülər Əhmədova ilə
bağlı oldu.
Xatırladaq ki, hazırda həbsdə olan G. Əhmədova da bu tədris müəssəsində
müəllim işləyirdi. Hər iki həbs ölkədə böyük sensassiyaya səbəb oldu. Ancaq
maraqlıdır ki, BDU-nun rəsmi saytında bu iki şəxs hələ də universitetin müəllimləri
kimi göstərilir. Aşağıdakı linkdə olan məlumatlarla tanış olanda bu qənaətə gəlinir
ki, həm Gülər Əhmədova, həm də Məhəmməd İmanlı BDU-dan xaric edilməyib. Yəqin
ki, BDU rəhbərliyi məsələyə aydınlıq gətirər.
Bu faktı sübut edən linkə aşağıda baxa bilərsiniz:
http://socialogy.bsu.edu.az/az/content/hmdova_glr_mkayil_qz ​
Short URL: http://www.cumhuriyyet.net/?p=3333