Bəxtiyar Vahabzadə güllələnməkdən necə qurtulub? – Üzünə tüpürdüyü generalın dediyi sözlər…

29.09.2015 - 12:46
ov20 Yanvar hadisələrinə görə Bəxtiyar Vahabzadənin AzTV-nin qarşısında üzünə tüpürdüyü adam Dubinyak yox, Ovçinnikov idi.
Amma bəzi jurnalistlər bir az səhvə yol verirlər. Məsələ burasındadır ki, elə Bəxtiyar müəllim özü də söhbətlərində, habelə, yayımlanan məşhur lentdə Dubinyakın üzünə tüpürdüyünü deyir.
Bu fikirləri tanınmış filosof, dramaturq Firuz Mustafa öz “Facebook” səhifəsində paylaşdığı statusunda yazıb.
“İndi isə onu açıqlamaq istəyirəm ki, general Ovçinnikov nə üçün Bəxtiyar Vahabzadəyə heç nə demədi, onu güllələmədi?” – deyə, qeyd edən F.Mustafanın yazdığına görə, Ovçinnikov üzünün tüpürcəyini siləndən sonra bir qrup adamı “özünün”Az.TV-dəki “kabineti”nə yığdı.
F.Mustafa qeyd edib ki, o, artıq B. Vahabzadənin kim olduğunu öyrənmişdi.
“General dedi: “Mən bu adamı tanımırdım. İndi məlumat verdilər ki, məni təhqir edən şəxs şairdir, akademikdir, deputatdır, universitet müəllimidir. Mən indi özümü çox xoşbəxt hesab edirəm ki, bu adama əl qaldırmadım. Düzünü deyim ki, mən onu hətta bu hərəkətinə görə güllələyə bilərdim.
İndi Bakıda təsadüfi güllənin qurbanlarından biri də bu şair olacaqdı.
Amma mən onun ötkəm hərəkətindən hiss etdim ki, qarşımdakı şəxs sıravi adam deyil, “aksakkaldır”, hörmət sahibidir. Mən özüm yetimxanada böyümüşəm, özü də Daşkənddə. Müsəlmanların çörəyi ilə böyümüşəm.
Oradakı qonşularımın bir qismi azərbaycanlılar idi. Mən onlarla dost olmuşam. Çoxu yetimliyin nə olduğunu bilmir.
Mən kimsəsiz böyümüşəm. Şərqə bələd adamam. Məni bu şəhərə dinclik yaratmaq üçün göndəriblər, buradakı qırğın məndən əvvəl törədilib. Mən vicdanı təmiz adamam. Əgər bir balaca ehtiyatsızlıq edib öz adyutantıma işarə etsəydim sizin, lap elə bizim bu şair artıq həyatda yox idi. Mən xoşbəxtəm.
Xoşbəxtəm ona görə ki, adım tarix kitablarında Dantesin və Martınovun adı ilə yanaşı çəkilməyəcək. Yəqin ki, bilirsiz, Dantes Puşkinin, Martınov Lermontovun qatili olub. Mən nə qatiləm, nə də cani…” – deyə, F.Mustafa daha sonra yazıb.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=33354

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930