Azərbaycanlı iş adamına milyonluq cəza

13.01.2014 - 11:48

Rusiyada yaşayan azərbaycanlı iş adamı Vahid Ələkbərovun rəhbərlik
etdiyi “Lukoyl” şirkətinə 18,5 milyon dollar məbləğində cəza kəsilib

 
 
 Buna səbəb “Lukoyl” şirkətinin Rusiya Federasiyasının Komi Muxtar
Respublikasında gördüyü işlər zamanı əraziyə neft sızdırması olub.

Ətraf mühitə vurduğu ziyana görə, məhkəmə V.Ələkbərovun şirkətini 614 milyon rubl (18.5 milyon dollar) cəzalandırılıb.
“Greenpeace”
təşkilatın Rusiyadakı təmsilçiliyinin açıqlamasına görə, V.Ələkbərovun
şirkətinin ödəyəcəyi cəza sovet dövründən bəri məhkəmənin qərarı ilə
kəsilən ən yüksək məbləğdir.
Eyni zamanda “Lukoyl” neft
şirkətinə Komi Muxtar Respublikasının meşə komissiyası da 96 milyon rubl
(3 milyon dollar) əlavə cəza kəsib.
Məhkəmənin
qərarında bildirilir ki, şirkət 2011-ci ildən bu günə qədər 9 ayrı
bölgədə ətraf mühit qaydalarına tabe olmur və benzin sızdırır.
Ümumiyyətlə çirkləndirən ərazi 21 hektara yaxındır. Məhkəmənin qərarı
ilə bağlı açıqlama verməyən “Lukoyl” şirkətinin yenidən məhkəməyə
müraciət edəcəyi gözlənilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=3337

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031