İranla nüvə razılaşması vaxtını acıqladı
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik
Şurasının 5 daimi üzvü və Almaniya İranın nüvə proqramının
dayandırılması haqqında imzalanacaq aralıq müqavilənin detallarını
razılaşdırıblar və razılaşma yanvarın 20-də qüvvəyə minəcək.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik
Şurasının 5 daimi üzvü və Almaniya İranın nüvə proqramının
dayandırılması haqqında imzalanacaq aralıq müqavilənin detallarını
razılaşdırıblar və razılaşma yanvarın 20-də qüvvəyə minəcək.
Nüvə proqramının dondurulmasının əvəzində Tehran barədə sanksiyaların bir hissəsi dayandırılacaq.
dondurulmuş aktivlərin ilk hissəsini fevralın ilk günlərində alacaq,
informasiya agentlikləri ABŞ dövlət strukturlarındakı mənbələrinə
istinadən məlumat yayıb.
Dondurulmuş aktivlərin ümumi dəyəri 4,2 milyard dollardır.
ABŞ prezidenti Barak Obama razılaşmanın uğurunu
alqışlayıb, amma İranla uzunmüddətli razılaşmanın əlavə səylər tələb
edəcəyini də bildirib.
Razılaşmaya əsasən, yanvarın 20-dən uranın 5
faizdən artıq zənginləşdirilməsi dayandırılacaq. 20 faizədək
zənginləşdirilmiş bütün uran ehtiyatları konvertasiya olunacaq.
Bu, ya zənginləşdirilmənin səviyyəsinin aşağı
salınması, ya da onun zənginləşdirilməsinin qarşısını alacaq vəziyyətə
konvertasiya olunması deməkdir.
20 faizədək zənginləşdirilmiş uran İranın silah istehsal etməsi üçün ilkin xammaldır.
Həmçinin İran uranın zənginləşdirilməsi üçün
yeni mərkəzləri tikməkdən imtina edəcək və mövcud olan mərkəzlərin
fəaliyyəti dayandırılacaq.
Qərb dövlətləri İranı nüvə silahı yaratmağa cəhddə ittiham edirlər, amma Tehran bunu dəfələrlə təkzib edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=3338