Azərbaycanın baş cərrahı işdən çıxmaqla bağlı ərizə yazıb – FOTO

29.09.2015 - 14:30

cerrahAzərbaycan Tibb Universitetinin (ATU) Cərrahiyyə Klinikasının direktoru, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş mütəxəssisi, ölkənin baş cərrahı, əməkdar həkim Hacıqulu Bağırov işdən çıxmaq haqqında ərizə yazıb.

“Report”un sorğusuna cavab olaraq ATU-nun mətbuat xidməti məlumatı təsdiqləyib.Məlumatda bildirilib ki, klinikanın direktoru əməliyyatların çoxluğunu əsas gətirərək direktor vəzifəsindən çıxmaq istəyib və bu səbəbdən də ərizə yazıb: “Ərizə hələlik təsdiqlənməyib. Hazırda o, iş başındadır. Ərizəyə Səhiyyə Nazirliyində baxılacaq”.

Xatırladaq ki, Hacıqulu Bağırov 2013-cü ildə – Klinikanın açılışından bəri klinikanın direktoru vəzifəsində çalışır.

Qeyd edək ki, Hacıqulu Bağırov Səməd oğlu 2004-2006-cı illərdə Dövlət xətti ilə Səudiyyə Ərəbistanında cərrah-mütəxəssis kimi işləyib. O, 2000-ci ildən Azərbaycanın əməkdar həkimidir, “Tərəqqi” medalı ilə təltif olunub.

Short URL: http://www.cumhuriyyet.net/?p=33388

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930