Əli İnsanov Kürdəxanıya köçürüldü
Keçmiş səhiyyə naziri Əli İnsanov saxlandığı 13 saylı Cəzaçəkmə
Müəssisəsindən Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasına
köçürülüb. Bu barədə Ə.İnsanovun vəkili Toğrul Babayev verib. Vəkil bildirib ki, yanvarın 11-də köçürülüb: “Bu gün təcridxanada Əli
İnsanovla görüşəcəyəm. Saxlanma şəraiti ilə maraqlanacağam”.
Qeyd edək ki, Ə.İnsanovun yerinin dəyişdirilməsinə səbəb Ali Məhkəmənin
Plenumunun onun barəsində çıxardığı qərardır. Belə ki, Plenumun qərarına
əsasən Əli İnsanovun işi yenidən baxılmaq üçün Bakı Apellyasiya
Məhkəməsinə göndərilib. Buna görə də yanvarın 17-də başlayacaq məhkəmə
prosesinə hazırlıq və prosesin gedişi boyunca Əli İnsanov istintaq
təcridxanasında saxlanacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=3341