Suriyada daha bir azərbaycanlı döyüşdə öldü

13.01.2014 - 12:44

Yanvarın 10-da Suriyada daha bir azərbaycanlı öldürülüb. Qəribəsi isə
odur ki, bu dəfə öldürülən məktəb yaşlı yeniyetmədir.

Belə ki, əslən Naxçıvan Muxtar Respublikasının Şərur rayonundan olan
1999-cu il təvəllüdlü Kərimov Nəcəf Namiq oglu Suriyadakı döyüşlərdə öldürülüb.
Bu barədəSuriyada öldürülən Nəcəf Kərimovun xalası nəvəsi Günel Babayeva
danışıb.

Məlumata görə, Kərimovlar 2013-cü ilin yay aylarında ailəliklə
Azərbaycanı tərk edib. Ölkəni tərk edərkən valideynlər 16 yaşlı İradə, 14 yaşlı
Nəcəf, 10 yaşlı Sara və 5 yaşlı Fatiməni da özləri ilə aparıb.

Suriyada öldürülən 14 yaşlı Nəcəf Kərimov Namiq Kərimovun oğludur. Ailə
Bakını tərk etəməzdən əvvəl Dərnəgül qəsəbəsi, Saratov küçəsində, daha sonra
Sabuncu rayonunda yaşayıb.

Yeri gəlmişkən, Namiq Kərimovun “Allah yolunda döyüşlərdə” iştirak etmək
üçün Suriyaya getdiyi deyilir. O, bu məqsədlə 14 yaşlı oğlunu da döyüşlərə
aparıb.

O da qeyd edilir ki, vəfat edən Nəcəf Kərimovun atası Namiq Kərimovun
əvəllər üç mağazası olub. Ancaq ailə tam olaraq vəhhabiliyi qəbul etdikdən
sonra ailə başçısı mağazaları bağlayıb. O, deyib ki, bu cür fəaliyyətlə məşğul
olmaq günahdır.

Məlumata görə, öldürülən Nəcəf Kərimovun anası Nigar Kərimova da vəhhabi
təriqətini qəbul etdikdən sonra uşaqlarını təhsildən yayındırıb. Deyilənlərdən
belə çıxır ki, Namiq Kərimov Nəcəf Kərimovu məcburi şəkildə Suriyaya döyüşlərə
göndərib. Yanvarın 10-da həmin döyüşlərin birində 14 yaşlı yeniyetmə öldürülüb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3343

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31