Ziya Məmmədovun qoçuları yenə iş başında
Bakının Nizami rayonunda Nəqliyyat Nazirliyinin müfəttişləri ilə sürücü arasında mübahisə yaranıb.
Sərinişin kimi maşına əyləşib sonradan müfəttiş olduqlarını elan edən 4 nəfərin sürücünü döydükləri iddia olunur.
Saytımıza daxil olan məlumatda bildirilir ki,
Kürdəmir rayon sakini, 23 yaşlı Mikayılov Nəsir Şirvan oğlu paytaxtda
taksi fəaliyyəti ilə məşğul olarkən 4 nəfərin hücumuna məruz qalıb.
Sürücü mülki geyimdə olan bu şəxslərin müştəri kimi maşına
əyləşdiklərini bildirir. Qapılar bağlanan kimi “müştərilər” əvvəlcə
sənəd, daha sonra isə lisenziyasız taksi fəaliyyəti göstərməsi üçün pul
tələb ediblər.
Sənədlərinin ələ keçməməsi üçün Nəsir avtomobilini məcburən səkiyə
dırmaşdırsa da bir fayda verməyib. Həmin şəxslər avtomobilin sənədini
götürərək avtomobillə ərazidən uzaqlaşıblar. Məsələ ilə bağlı hələlik
Nəqliyyat Nazirliyi heç bir açıqlama verməyib.
Short URL: http://www.cumhuriyyet.net/?p=3346