Aksiya keçirən bələdçilərə qarşı rəisdənbiabırçı ittiham

13.01.2014 - 14:56

“Azərbaycan Dəmir Yolları”ndan ittiham: “Kişi bələdçilər
qanunsuz yüklərin sərhəddən keçirmə hallarına yol veriblər”

“Azərbaycan Dəmir Yolları”ndan ittiham: “Kişi bələdçilər
qanunsuz yüklərin sərhəddən keçirmə hallarına yol veriblər”
 

 

“Azərbaycan Dəmir Yolları” QSC kişi qatar bələdçiləri
Nazirlər Kabinetinin qarşısında aksiya keçiriblər.Məlumatımıza görə, aksiya Azərbaycandan
MDB ölkələri istiqamətində hərəkət edən qatarların kişi bələdçilərinin
qadınlarla əvəzlənməsinə etiraz əlaməti olaraq keçirilib.

“Azərbaycan
Dəmir Yolları” QSC Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun verdiyi
məlumata görə, son vaxtlar sərnişinlərə göstərilən xidmətin səviyyəsini daha da
yüksəltmək, sərnişin qatarlarında qanunsuz yüklərin daşınması səbəbindən
sərhəd-keçid məntəqələrində qatarların ləngiməsi hallarının qarşısını almaq
məqsədilə beynəlxalq sərnişin qatarlarında kişi bələdçilərin qadın bələdçilərlə
əvəzlənməsi prosesi aparılır.

N.Əzməmmədov onu da bildirib ki, bu məqsədlə aparılan islahatlar
zamanı kişi bələdçilər işdən azad olunmur, yerli istiqamətdə hərəkət edən qatarlarda
işlə təmin edilirlər: “Artıq beynəlxalq və yerli istiqamətdə hərəkət edən Bakı-Moskva,
Bakı-Tbilisi, Bakı-Ağstafa, Bakı-Köçərli, Bakı-Balakən, Bakı-Gəncə sərnişin qatarlarında
qadın bələdçilər çalışırlar. Bu günlərdə Bakı-Xarkov sərnişin qatarında da
qadın bələdçilərin xidmətindən istifadə edilməsi nəzərdə tutulur. Bu qatarda
çalışan kişi bələdçilər yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarında öz
fəaliyyətlərini davam etdirəcəklər. Bir faktı da qeyd edək ki, yerli istiqamətdə
hərəkət edən sərnişin qatarlarında çalışan bələdçilərin əmək haqqı beynəlxalq
istiqamətdə çalışanların əmək haqqından yüksəkdir”.

“Azərbaycan Dəmir Yolları” QSC-nin
Sərnişin daşımaları Departamentinin rəisi Elyar Muradov isə məsələyə özünəməxsus şəkildə açıqlama
verib: “Aksiya keçirənlər bir qrup şəxsdir və vaxtı ilə Bakı-Xarkov sərnişin
qatarında bələdçi kimi çalışıblar. Aksiyaçıların əsas tələbləri də bu
istiqamətdə qatarlarda işləmək və daha artıq qeyri-qanuni məbləğ əldə
etməkdir”. . Kişi qatar bələdçilərinin bu gün Nazirlər Kabinetinin binası
qarşısında keçirilən aksiyaya münasibət bildirən E. Muradov onların tələblərini
düzgün hesab etməyib: “Kişi bələdçilər yerli qatarlarda işləmək istəmir. Amma
yerli qatarlarda əmək haqları Bakı-Xarkov sərnişin qatarından da yüksəkdir.
Amma onlar nədənsə beynəlxalq istiqamətdə hərəkət edən qatarlarda işləmək
istəyirlər. Bunun da səbəbi məlumdur. Həmçinin, Bakı-Xarkov sərnişin qatarında
işlədikləri dövrdə həmin şəxslərdən bizə müəyyən qədər narazılıqlar da daxil
olub. Onlar ən əsası qanunsuz yüklərin sərhəddən keçirmə hallarına da yol
verirdilər. Bunun əvəzinə yüksək məbləğdə də qazanc əldə edə biliblər. Ona görə
də biz onların yerlərini dəyişmək qərarına gəldik”.

Departamentin rəisi əlavə edib ki, Bakı-Xarkov sərnişin qatarında
işlədikləri dövrdə 120 manat əmək haqqı alan bələdçilər, daxili reyslərdə 200
manat alacaqlar: “Belə olan təqdirdə onlar niyə, beynəlxalq reysdə işləməkdə
israrlıdırlar? Deməli imtina etmələrinə səbəb onlar beynəlxalq istiqamətlərdə
hərəkət edən qatarlarda sərhəddən qanunsuz olaraq əlavə yüklərin
keçirilməsidir. Biz bütün bu və digər məsələləri nəzərə alaraq qadın
bələdçilərin işindən istifadə etmək qərarını vermişik”.
Aksiya iştirakçılarının verdiyi xəbərə görə, Nazirlər Kabinetinin qarşısına
toplaşan 70-ə yaxın aksiya iştirakçısı yeni vaqonlardan çıxarılmalarına etiraz
etməklə yanaşı, əvvəlki aylardan qalan maaşlarının verilməsini, o cümlədən
məvaciblərinin artırılmasını da tələb edirlər. Qatar bələdçiləri məvaciblərinin
100-120 manatdan yuxarı qaldırılmasını da istəyiblər. Xatırladaq ki, analoji
aksiya yanvarın 10-da da keçirilib
Aksiya iştirakçılarından 5 nəfər baş nazirin müavini Əli Həsənov tərəfindən
qəbul edib. Görüşdə tələblər Ə. Həsənovun diqqətinə çatdırılıb. Ə. Həsənov isə
bələdçilərin tələblərinin həlli ilə bağlı lazımı işlərin görüləcəyini də qeyd
edib. Aksiya iştirakçıları “Azərbaycan Dəmir Yolları” QSC-nin yanvarın 10-da
keçirilən aksiyadan sonra mediaya verdikləri məlumatların həqiqətə uyğun
olmadığını da diqqətə çatdırıblar.
Məlumat üçün bildirək ki, hazırda yerli və beynəlxalq istiqamətlərdə qatarlarda
500 kişi və 450-yə yaxın qadın çalışır

Short URL: http://www.cumhuriyyet.net/?p=3348

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930