Hakimiyyət texniki tərəqqiyə qarşıdır

13.01.2014 - 16:40

Nazirlər Kabinetinə də telefonla giriş qadağan olunub

 

Nazirlər
Kabinetinin işçilərinin də android və smartfon tipli telefonlarla binaya daxil
olmasına icazə verilmir.Bunu mətbuata açıqlamasında Nazirlər Kabinetinin mətbuat
xidmətinin rəhbəri Akif Əli deyib. O, bu qərarın artıq xeyli vaxtdır ki, tətbiq
olunduğunu qeyd edib: “Artıq xeyli vaxtdır ki, bu qərar bizdə verilib. Dövlət
sirrinin qorunması, dövlət mənafeyi, təhlükəsizliyi üçün bu qərar verilib. Və
bu qərara heç bir etiraz olmayıb”-deyə, Akif Əli qeyd edib.
Qeyd edək ki, yanvar ayının 1-dən Milli Məclisə smartfon və android tipli telefonla
giriş qadağan olunub. Təhlükəsizlik baxımından Milli Məclisin binasına daxil
olan bütün şəxslər bu modellərdən olan mobil telefonlarını girişdə
mühafizəçilərə təhvil verəcək, yalnız bundan sonra binaya daxil olacaqlar.

Short URL: http://www.cumhuriyyet.net/?p=3353

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930