YAP-çı deputat tanınmış qadın müğənnini təhqir etdi

deputatı, hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü Astan
Şahverdiyev əməkdar artist Firuzə İbadovanın onunla torpaq müharibəsi
etməsi və məhz bu səbəbdən də müğənninin xəstəxanalıq olması barədə
yazılanlara münasibət bildirib

deputatı, hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü Astan
Şahverdiyev əməkdar artist Firuzə İbadovanın onunla torpaq müharibəsi
etməsi və məhz bu səbəbdən də müğənninin xəstəxanalıq olması barədə
yazılanlara münasibət bildirib
A.Şahverdiyev Publika.Az-a açıqlamasında deyib: “Firuzə İbadova yalan
danışır. Çünki Firuzə İbadova və Cavanşir Məmmədov qızımın toyunda
əvvəldən axıradək oxuyublar. Ancaq Firuzə İbadova o gün çıxıb efirdə
yalandan deyir ki, güya bizi tanımır. Elə onun ilk yalanı burdan
başlayır. Mən eşitmişəm ki, Firuzə İbadaovadan nə alınıbsa, hamısı
ödənilib. Rəşid Allahyarov mənim keçmiş kürəkənim olan Aqil Fətəliyevdən
də dələduz adamdır. Sadəcə olaraq mən bu şərdən qaçmaq istəyirəm. Onlar
məni şantaj edirlər. Mən Firuzəni məhkəməyə də vermək istəmirəm. Çünki
deyirlər ki, o arvad xəstədir. İndi onun nəyini məhkəməyə verim? Allah
onsuz da onu vurub da! Firuzə İbadova məni Allaha tapşırır. Mən Allahsız
nə iş görmüşəm? Məni bütün Azərbaycan tanıyır ki, Allah adamıyam. İndi
bunlar məndən nə istəyir, bunu bilmirəm. Həmin 5 sot torpaq deyirlər,
əvvəllər orda 12-13 sot torpaq olub. Bunu Firuzə İbadova televiziyada da
deyib ki, orada 5 sota mənim heç bir iddiam yoxdur. O 5 sot mənim yetim
nəvəmindir. Mənim qızım 2 il bundan əvvəl Aqil Fətəliyevdən boşanıb.
Hazırda qızımın da bir uşağı var. Nəvəmin atasından ona nə isə qalmalı
idi də! Gəlin bunun hüquqi tərəfini kənara qoyub insani tərəfinə baxaq”.
A.Şahverdiyev qeyd edib ki, kimsə pulunu ala bilmirsə, orada onun adının
günahkar kimi göstərilməsi doğru deyil: “Digər tərəfdən isə o tərpaq
mənim nəvəmindir və həyat yoldaşımın adınadır. O torpaq heç kimə
verilməyəcək. Həmin 5 sot torpaq qanunudur və kupçası da var. Hətta,
qızımla boşanma ərəfəsində keçmiş kürəkənim olan o gədəyə həyat yodaşım
“dovernus” verdi ki, aparıb o torpaqı satsın. O da sata bilmədi və belə
də qaldı.
O adamı mənim kürəkənim kimi təqdim etmək doğru deyil. O adam 2 ildir
ki, mənim kürəkənim deyil, qızım dava-qırğın yolu ilə ondan boşanıb.
Hətta, bu adam neçə vaxtı məhkəməyə gəlməyib də. Axı niyə o adamı mənim
kürəkənim kimi yazırlar? Bu şərəfsizlikdir.
Onlar mənim həyat yoldaşıməın da adını hallandırırlar ki, güya həyasız
bir alverçi qadındır və sairə. Mənim yoldaşım Rüştü Paşanın kötücəsidir,
o Allah adamıdır. Mən özüm isə 42 ildir ki, müəlliməm, ancaq bir
tələbənin 1 manatını da görməmişəm.
Mən aciz adam deyiləm, mən güclü adamam. Mənim var-dövlətim olmasa da,
şəxsiyyətim və güclü iradəm var. İndi ay Firuzə İbadova, gedin öz
probleminizi özünüz həll edin. Axı məni niyə qatırsınız? Bu məsələnin
mənə heç bir aidiyyatı yoxdur. O adam da mənim kürəkənim deyil”.
Xatirladaq ki, “Şərq” qəzetində əməkdar artist Firuzə İbadovanın millət
vəkili Astan Şahverdiyevlə torpaq müharibəsinin müğənnini xəstəxanalıq
etməsi barədə yazı dərc olunub. Yazıda qeyd olunur ki, millət vəkili
tərəfindən torpaq sahəsinin əlindən alınması müğənninin səhhətində ciddi
problemlər yaradıb: “Hətta baş verənlərə etiraz olaraq, müğənni Yeni il
axşamı da daxil olmaq şərtilə 3 gün aclıq aksiyası keçirib. Aclıq
aksiyasına başlayan müğənninin Yeni il gecəsi vəziyyəti həddindən artıq
ağırlaşdığından sənət dostlarından bir neçəsi ona baş çəkməli olublar.
Duet ortağı və ailə dostu Cavanşir Məmmədov da Firuzə İbadovaya ilk baş
çəkənlərdən olub.
F.İbadova dəfələrlə deputatla görüşüb, məsələnin sakit şəkildə həll
olunmasına çalışsa da, buna nail ola bilməyib. Bir sözlə, əməkdar
artistə bildirilib ki, özünü yormasın, torpaq əldən getdi.
Məlumata gərə, üzləşdiyi hadisə səbəbindən Firuzə İbadova hazırda ev
şəraitində müalicəsini davam etdirir, vəziyyəti o qədər də qənaətbəxş
deyil. Yaxınlarının sözlərinə görə, gün ərzində 2 dəfə müğənniyə sistem
köçürülür. Tək qadının millət vəkili ilə mübarizə aparması o qədər da
asan olmadığından Firuzə İbadova çarəsiz vəziyyətdə qalıb. Bunu
müğənninin yaxınları deyirlər”.
Short URL: http://www.cumhuriyyet.net/?p=3354