Azərbaycanda Milli Qəhrəmanın evi gülləbaran edildi

13.01.2014 - 18:55

Milli Qəhrəman Namiq Abdullayevin əmisi öldürüldü

Milli Qəhrəman Namiq Abdullayevin əmisi öldürüldü
 

Ağcəbədi rayonunun Avşar kəndində dekabrın 28 müdhiş olay baş verib. Azərbaycanın Milli
Qəhrəmanı, mərhum Namiq Abdullayevin evinə 30-35 nəfər tərəfindən
silahlı hücum edilib. Silahlı hücum nəticəsində milli Qəhrəmanın əmisi
aldığı güllə yarasından bir neçə gün sonra Bakıda dünyasını dəyişib.
Kənd sakinlərinin dediklərinə görə hücumda 35 nəfərə qədər adamın
iştirak edilməsinə baxmayaraq yalnız 1 nəfər həbs edilib. Verilən
məlumata görə bu dəhşətli olayla bağlı ölkə ictimayətinə də məlumat
verilməyib. Hadisədən sonra baş vermiş faciənin ictimailəşməməsindən
hiddətlənən Milli Qəhrəmanın anası  baş prokurorun qəbulunda olub.
Hadisəni törədənlərin Ağcabədi rayonundan olan iş adamları olduğu
bildirilir. Kənd saknlərinin dediyinə görə, silahlı hücuma səbəb Milli
Qəhrəman Namiq Abdullayevin ailə üzvlərindən birinin nişanlı olduğu bir
qızın nışanını qaytarmaq istəməsi səbəbindən baş verib. “Oğlana deyiblər
ki, nişanlın başqası ilə mesajlaşır. Namiq Abdullayevin ailə
üzvlərindən olan bu gənc də hiddətlənərək nişanı qaytaracağını bildirib,
lakin sonradan öyrənib ki, ona yalan məlumat veriblər. Buna baxmayaraq
qızın qohumları onların evinı silahlı hücum ediblər.”

Short URL: http://www.cumhuriyyet.net/?p=3357

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930