Polis keçmiş deputatı qumar oynayarkən yaxaladı

13.01.2014 - 20:00

Şərur rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat
nəticəsində MR Ali Məclisinin keçmiş üzvü qumar oynayarkən saxlanılıb.

Şərur rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat
nəticəsində MR Ali Məclisinin keçmiş üzvü qumar oynayarkən saxlanılıb.
 

Məlumatda bildirilir ki, təxminən iki həftə əvvəl Şərur rayon Polis
İdarəsinə Dəmirçi kəndindəki obyektlərdən birində tez-tez qumar məclisi
təşkil olunduğuna dair informasiya daxil olub. Əməliyyatçılar məlumatı
yoxlamaq üçün həmin obyektdə reyd keçirərkən MR Ali Məclisinin keçmiş
üzvü Elçin Pənahov və daha 4 nəfəri qumar oynayarkən
yaxalayıblar. Keçmiş deputat və qumar yoldaşları polis idarəsinə
gətirilib, bir neçə saat saxlandıqdan sonra cərimə və xəbərdarlıq
olunaraq sərbəst buraxılıblar.

Elçin Pənahov iki çağırış – 2000-2010-cu illərdə Naxçıvan Ali Məclisinin deputatı olub. O, Sədərək gömrüyünün keçmiş rəisi, məşhur “Laba” ləqəbli Mübariz Pənahovun qardaşıdır.

Mənbə qeyd edir ki, son illər Naxçıvan polisi qumarbazlara qarşı sərt
mübarizə üsullarına üstünlük verir. Kimliyindən asılı olmayaraq, öz
evində, obyektində qumar məclisləri təşkil edənlər və qumar oynayanlar
cəzalandırılır. Bu baxımdan, keçmiş deputat da istisna təşkil etməyib.

Məlumatda həmçinin qeyd olunur ki, polis E.Pənahovu yaxalayarkən onun qarşısında 20 min manatdan artıq pul olub…

Short URL: http://www.cumhuriyyet.net/?p=3359

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031