AZƏRBAYCANDA 50 MİN AİLƏ NEFT MİLYONÇUSUNA CEVRİLİB

13.01.2014 - 20:09

Neft pullarından qidalanan təbəqələrin sensasion sxemi

Neft pullarından qidalanan təbəqələrin sensasion sxemi
 

Azərbaycana 2005-ci ildən axmağa başlayan böyük neft pullarının
xərclənməsi həmişə müzakirə mövzusu olub. Bu müzakirələrdə bir fikir
dominantlıq təşkil edir ki, neft dollarları məhdud bir qrupun cibinə
axır, əhalinin əhəmiyyətli kəsimi isə bu bölgüdən kənardadır. Təbii ki,
bu fikirlər havadan götürülməyib, bəzi hallarda rəsmi statistikaya,
təhlil və alternativ hesablama mənbələrinə əsaslanır. Bu mövzuda
iqtisadçı ekspert Rövşən Ağayevin “Yeni Müsavat” qəzetinə təqdim etdiyi
araşdırması öz orjinallığı baxımınan diqqəti çəlb edir.

Neft pulları 4-5 min ailəni ultramilyonçuya cevirib

Rövşən Ağayevin araşdırmasında maraqlı rəqəmlər təqdim edib: “2005-ci
ildən Azərbaycana axan böyük neft pulları 4-5 min ailəni
ultramilyonçuya, 10-15 min ailəni milyonçuya, 25-30 min ailəni isə
“pula-pul deməyən”, hər ay bir neçə mindən bir neçə on minədək pul
qazanan ailələrə çevirdi. Söhbət ən yaxşı halda ölkədə mövcud olan 1,9
milyon ailənin təxminən 3 faizindən – 50 min ailədən gedir.”

Ekspert
bu qənaətə bahalı maşınların statistikasını təhlil edərək gəldiyini
deyib: “Doğrudur, iddia eləmirəm ki, hazırda bütün bahalı maşınları
sürən ailələrin hamısı neft pulundan bəhrələnənlərdir. Uzaq diyarlarda
(Rusiyada, Türkiyədə, Ukraynada, Çində) özlərinə min bir əziyyət
bahasına biznes quranlar Azərbaycanda yaşayan yaxınlarına bahalı
maşınlar sürməyə şərait yaradıb. Bahalı maşına malik belə ailələrin
ümumi yekunda payı heç 10-15 faiz də olmaz. Elə burada – ölkəmizin
içərisində öz halal zəhməti hesabına (məsələn, yayın istisini, qışın
soyuğunu fermalarda keçirən, bir neçə yüz qoyunu, mal-qarası olan
fermerlər, vaxtında özünə dükan-mağaza qurmuş orta biznes təmsilçiləri)
özünə bahalı maşın alan ailələr ola bilər. Amma belə
insanlarımızın da qoy ümumi cəmdə payı 5-10 faiz olsun. Yerdə qalan ən
azı 70-75 faizin neftin hesabına maşınlar aldığına zərrəcə şübhəm
yoxdur”
.

Demokratik təsisatların oturuşmadığı, seçkili institutların
yaranmadığı (və ya formal fəaliyyət göstərdiyi) təbii ehtiyatlarla
zəngin ölkələrdə hakimiyyətin və cəmiyyətin davranışı “Tanrı payı”
adlandırılan havayı, heç bir zəhmət sərf etmədən qazanılmış pulların
təsiri altında formalaşır. Ağlın, innovasiya və texnologiyaların, bir
sözlə “bilik iqtisadiyyatı”nın da deyil, müftə qazanılmış resurs
pullarının hökm etdiyi cəmiyyətlər üçün fərqləndirici davranış tüfeyli
və dəbdəbəli istehlakın sürətlə genişlənməsidir.

Hakimiyyətdə təmsil olunan ultramilyonçular, onların yaxın qohumları…

1hakBirdən-birə
fontan vuran neft pulları əvvəl hakimiyyəti varlandırdı və hakimiyyət
qazandığı pullardan əvvəlcə daha yaxın, sonra bir qədər uzaq çevrəsinə
səpələdi. Ekspert müşahidələri və analizləri nəticəsində neftdən
varlanan ailələri aşağıdakı kimi təsnifləşdirir:

1. Ölkədə 1,9 milyon ailədən 4-5 min ailə – bilavasitə
hakimiyyətdə təmsil olunan ultramilyonçular. Əmlaklarının həcmi təxminən
yüz milyondan milyardadək olan təbəqə.

2. Birinci qrupdakı ailələrin biznesini yönəldən çox
yaxın qohumlar (qardaş, yeznə, kürəkən, əmi, dayı, xala və s.) –
təxminən 10-15 min ailə. Bu təbəqənin əmlakı bir neçə milyondan yüz
milyon manata qədərdir.

3. Yaxın qohumların dost-tanışları, bu dost-tanışların
yaxınları kimi bilavasitə qurduqları biznesdə konkret işləri görməyə
cəlb olunan təxminən 25-30 min ailə. Bu təbəqə hər ay 5-10 min manatdan
100 min manatadək qazana bilir
.

Hakimiyyətdə təmsil olunmayan, bilavasitə onların biznesində iştirak
etməyən, amma neft pulları hesabına milyonçulara çevrilən ailələr də
var. Düzdü, onların sayı çox deyil və təxminlərimə görə, onların maddi
və əmlak durumu aşağı-yuxarı bir neçə yüz mindən 5-10 milyonadək ola
bilər. Özünü media maqnatı adlandıran şəxslər, ictimai əsaslarla
formalaşan mərkəzlərin təmsilçiləri, gerçəkdə siyasi hakimiyyətin PR-na
məsul olan qruplar bura aiddir.

Azərbaycana bahalı avtomobil markaları 2005-ci ildən sonra gətirilməyə başlayıb

Ekspert
analizlərində bahalı avtomobillərin statistikasına istinad edir.
Varlıların ən çox sürdüyü markalar “Mercedes” və “BMW”dir. Rəsmi
statistikaya görə, 2013-cü ilin əvvəlinə bu markadan olan minik
avtomobillərinin sayı təxminən 170 min ədəd olub. Rəsmi məlumat olmasa
da, peşəkar maşın satıcılarının dediyinə görə, ən yaxşı halda “Mercedes”
və “BMW” parkının 25 faizi təzə və bahalı maşınlardır. Yəni söhbət
35-40 min varlının sürdüyü, qiyməti 70-80 min dollardan 250-300 min
dollaradək yüksələn “Mercedes” və “BMW”lərdən gedir. Digər bahalı
markalar bunlardır: “Lexus”, “Rolls-Royce”, “LAND-ROVER”, “İnfiniti”,
“Audi”, “Lincoln”, “Jaguar”.

Bu markalardan isə 2013-cü ilin əvvəlinə olan məlumata görə, ölkədə
cəmi 18 min maşın olub. Bu markaların qiyməti isə 70-80 min dollardan
700 min dollara qədər yüksəlir.
Bahalı maşınların əsasən neft pulu ilə alınmasını təsdiqləyən elə rəsmi
statistikadır. Azərbaycana böyük neft pulları 2005-ci ildə daxil olmağa
başlayıb. Məhz 2005-ci ildən də Azərbaycana yuxarıda adını sadaladığım
bahalı avtomobil markaları gətirilməyə başlayıb:

2005-ci ilədək Azərbaycanda “Jaguar” olmayıb, məhz həmin il bu
markadan 43 ədəd gətirilib. 2013-cü ilin əvvəlinə olan statistikaya
görə, ölkədə 150 “Jaguar” markalı minik avtomobili var;

– 2006-cı ilədək Azərbaycanda “LAND-ROVER ” olmayıb, məhz həmin
il bu markadan 577 ədəd gətirilib. 2013-cü ilin əvvəlinə olan nəticələrə
görə, ölkədə 3100 “LAND-ROVER” markalı minik avtomobili var;

– 2006-cı ilədək Azərbaycanda “İnfiniti” olmayıb, məhz həmin il
bu markadan 130 ədəd gətirilib. 2013-cü ilin əvvəlində ölkədə 1600
“İnfiniti” markalı minik avtomobili var idi;

– 2006-cı ilədək Azərbaycanda “Lexus” çox məhdud sayda olub. Məhz
həmin il bu markadan 470 ədəd gətirilib. 2013-cü ilin əvvəlinə olan
nəticələrə görə, ölkədə 6100 “Lexus” markalı minik avtomobili var;

– 2006-cı ilədək Azərbaycanda “Porsche” olmayıb, məhz həmin il bu
markadan 2 ədəd gətirilib. 2013-cü ilin əvvəlinə olan nəticələrə görə
ölkədə 958 “Porsche” markalı avtomobil var.

2006-cı
ildən başlayaraq dövlət büdcəsinin investisiyalar bölümünün analizi
acınacaqlı mənzərəni ortaya qoyur. 15 milyard manata və ya 20 milyarda
yaxın büdcə vəsaiti büdcənin əsas donorları arasında bölüşdürülüb:
ARDNŞ-yə 970 milyon manat, “Azərbaycan Hava Yolları” QSC-yə 900 milyon
manat, “Azərbaycan Dəmir Yolları” QSC-yə 642 milyon manat, “Azərenerji”
ASC-yə 1,5 milyard manat, “Bakıelektrikşəbəkə” ASC-yə 588 milyon manat,
Nəqliyyat Nazirliyinə 7 milyard manat. Bahalı maşınların sahiblərini də
bu müəssisələrin rəhbərləri, onların yaxınları və biznes tərəfdaşları
arasında axtarmaq lazımdır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3362

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031