Prokuror Ərdoğanı məhkəməyə verdi
Vəzifəsi
İstanbul Baş Prokuroru postundan İstanbulun Bakırköy rayonu prokuroru
vəzifəsinə qədər kiçildilən Zəkəriyya Öz baş nazir Rəcəb Tayyib Ərdoğan
və “Sabah” qəzetindən prokurorluğa şikayət edib.
17-dən bu günə kimi Türkiyəni əsarətinə alan Böyük Rüşvət əməliyyatını
başladan keçmiş İstanbul Cümhuriyyət Prokuroru Zəkəriyya Öz “Sabah”
qəzetində yayılan “Baş naziri suçuyla azad edək” başlıqlı yazı ilə bağlı
prokurorluğa müraciət edib. İddiaçı bildirib ki, “Star”da dərc olunan
məqalə yürütdüyü istintaqla bağlı həqiqətdən tamamən uzaq, həqarət və
iftiralarla dolu olmaqla yanaşı, ədalətli istintaqa təsir etmək məqsədi
daşıyır.
iddia edib ki, İstanbul Baş Prokuroru Z. Öz 2013-cü ilin oktyabr ayında
Dubayda ölkənin ünlü iş adamlarından olan, 17 dekabr əməliyyatında 3 gün
saxlanan Ali Ağaoğlunun BƏƏ-dəki ortaqlarından birinin otelində 9
nəfərlik qrupu ilə istirahət edib. Eks-baş prokuror İstanbula dönəndən
sonra isə Dubaydakı “krallara layiq” tətilin xərcini Əli Ağaoğluya aid
şirkət ödəyib. Qəzet iddia edir ki, söhbət 38 min lirədən gedir.
Müəllifin sözlərinə görə, məhz bu fakt Əli Ağaoğlunun həbs ediləndən bir
neçə gün sonra azadlığa çıxmasının əsas səbəbidir.
məsələ baş nazir Rəcəb Tayyyib Ərdoğanın da çıxışlarında xüsusi
vurğulanıb. O, Baş prokuror Zəkəriyya Özü “Hizmət Hərəkatı”ndan
təlimatlar almaqda suçlaıyb, Özün ildə 22 dəfə xaricdə tətilə getməsinin
hansı maliyyə qaynaqları hesabına başa gəldiyi ilə maraqlandığını
deyib.
“Sabah” onun işgüzar nüfuzuna və şəxsiyyətinə zərbə vurub: “Haqqımda
səslənən ifadələr yalan və böhtanla doludur. 17 dekabr Böyük Rüşvət
əməliyyatı zamanı həbs edilən şəxslərlə tək-tək görüşüb onlara “bu
işləri baş nazirin təlimatı ilə gördük deyin, sizi azad edək” kimi
bazarlıq təklif etmişəm. Bildirirəm ki, mən xəbərdə adı keçən şübhəli
şəxs olaraq saxlananların heç biri ilə görüşməmişəm. Nazir oğullarının
ifadələri onların vəkillərinin iştirakı ilə alınıb və bu zaman heç bir
prosessual pozğunluğa yol verilməyib. Səsləndirilən iddialar qara PR-dır
və məqsəd mənim nüfuzuma zərbə vurmaqdır”.
Öz iddia edir ki, baş nazir Türkiyənin bir neçə şəhərində keçirdiyi AKP
mitinqlərində onu hədəf alaraq vəzifəsindən sui-istifadə etməklə ona
iftira atıb, həqarət edib, onu hədəf göstərib və təhdid edib.
Baş Prokurorluq ərizəni icraata alıb. Onu da bildirək ki, Zəkəriyya Öz
vəzifəsinin kiçildilməsini də qanunsuz saydığı üçün İstanbul Baş
Prokuroru postuna bərpası üçün Hakimlər Və Prokurorlar Yüksək Qurumuna
müraciət edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=3364