Polkovnikin həbsinin pərdə arxası
Sülh məramı altında talanan milyonlar

keçirdiyi müşavirədə rüşvət və korrupsiyaya qarşı mübarizənin daha da
gücləndiriləcəyinə dair bəyanatından sonraya təsadüf edib. Prezident
İlham Əliyev müşavirədəki çıxışında bildirmişdi ki, yerlərdə, mərkəzi
icra orqanlarında, yerli icra orqanlarında korrupsiyaya bulaşmış şəxslər
vəzifədən kənarlaşdırılmalı, onlara qarşı cinayət işləri açılmalıdır.
Belə görünür ki, prezidentin bu xəbərdarlığı uzun illər boyu rüşvət
və korrupsiyanın tüğyan etdiyi Müdafiə Nazirliyi sistemində vəzifə tutan
yüksək çinlilərə də yönəlmişdi. Ən azından polkovnik Yusifovun həbsi
ötən ilin payızında prezident seçkilərindən sonra yeni müdafiə nazirinin
təyin edilməsinin ardınca yüksək rütbəli ordu mənsubları arasında
həyata keçirilmiş ilk həbs oldu.
Bəs polkovik Yusifov kimdir və hansı əməllərin sahibidir? Onun həbsinin mümkün motivləri hansılardır?
Polkovnikin həbs xəbərinin
ardınca bəzi araşdırmalar aparıb və maraqlı məlumatlara rast gəlinib. Belə
məlum olub ki, Azərbaycan Müdafiə Nazirliyinin Kosovo, İraq və
Əfqanıstanda xidmət keçən beynəlxalq sülhməramlılardan ibarət taborunun
komandiri olmuş Mirzəli Yusifov illər əvvəl sülhməramlı kontingentin
tərkibində xidmət edən əsgərlərin maaşlarını mənimsəməkdə ittiham
olunurdu.
Polkovnik M.Yusifovun adı mətbuatda Müdafiə Nazirliyinin mühafizə
alayının keçmiş komandir müavini, polkovnik-leytenant Rasim Muradova
qarşı təqiblər və onun həbsi ilə bağlı gündəmə gəlib.
Polkobik-leytanant Muradov hazırda həbsdədir. O, 2007-ci ildə rüşvət
almaq ittihamı ilə həbs olunub və barəsində 8 il həbs cəzası çıxarılıb.
Lakin insan haqları müdafiəçiləri və vəkilləri Muradovun həbsinə əsas
kimi göstərilən ittihamın qurama olduğunu, onun əslində Müdafiə
Nazirliyi sistemindəki korrupsiya və rüşvət barədə faktları açdığı,
konkret olaraq polkovnik Mirzəli Yusifovla bağlı xidməti təhqiqata
yardım etdiyi üçün tutulduğunu bildiriblər.
Muradovun adı hazırda siyasi məhbuslar siyahısındadır. Həbs
olunmazdan əvvəl polkovnik-leytenant Muradov mətbuat qarşısında bəyan
etmişdi ki, ona qarşı təzyiqlər Müdafiə Nazirliyinin mühafizə alayının
tərkibində olan beynəlxalq sülhməramlı taborun əsgəri Rəşad Baxışovun
xristianlığı qəbul etməsindən sonra başlayıb.
2000-ci illərin əvvəllərində İraqa xidmət etməyə göndərilən əsgər
R.Baxışov geri çağırılıb, xəyanət adı ilə ordudan qovulub. R.Muradov
deyib ki, bundan sonra MTN-ə və Hərbi Prokurorluğa çağırılan R.Baxışov
sülhməramlı qüvvələr taborunda əsgərlərin əmək haqlarının və şəxsi
əmlakının hərbi hissənin komandiri M.Yusifov tərəfindən mənimsənildiyi,
əsgərlərin döyüldüyü barədə ərizələr yazıb. Nəticədə MTN və Hərbi
Prokurorluq mühafizə alayının sülhməramlı qüvvələr taborunda yoxlamalara
başlayıb.
R.Muradovun sözlərinə görə, Müdafiə Nazirliyinin
rəhbərliyi ondan istintaqa kömək etməyi xahiş edib və o, əlindən gələni
əsirgəməyib. R.Muradov qeyd edib ki, əsgər R.Baxışovun verdiyi izahat
əsasında taborda qulluq etmiş bir neçə zabit və əsgər də ifadə verərək
taborda yeyintilərin olduğunu təsdiqləyiblər. R.Muradov bütün bu
ifadələrdə törədilən qanunsuzluqlarda hərbi hissə komandiri Mirzəli
Yusifovun adının hallandığını və faktların təsdiqini tapdığını deyib.
R.Muradov qeyd edib ki, yoxlamalar başa çatdıqdan sonra Müdafiə
Nazirliyinin rəhbərliyi hərbi hissədə yoxlama aparanları yanına
çağıraraq fəaliyyətlərini dayandırmağı xahiş edib və günahkarların
cəzalandırılacağını vəd edib. Lakin günahkarlar yox, Muradov
cəzalandırılıb. Onun vəzifəsini aşağı salaraq Naxçıvana xidmətə
göndəriblər.
R.Muradovun Naxçıvanda xidmət etdiyi hərbi hissədə isə ixtisarlar
başlayıb və zabitin tutduğu komandir müavini vəzifəsi də ixtisara düşüb.
Bundan sonra R.Muradov Müdafiə Nazirliyinə müraciət edərək ehtiyata
buraxılmasını tələb edib, amma əvəzində vaxtilə ona tabe olan bölmə
komandirinin müavini vəzifəsinə təyin edildiyini öyrənib.
Polkovnik-leytenant etiraz olaraq ordudan təxris olunmaq haqda ərizə
yazıb, ərizəsinə müsbət cavab verilmədiyi üçün aclıq aksiyasına əl atıb.
Üsyankar zabit çox keçmədən yerində oturdulub, ona qarşı əsgər
valideynlərindən rüşvət almaq ittihamı ilə cinayət işi qaldırılıb.
İttihama görə, Rasim Muradov 4 çağırışçının valideynindən 1350 dollar
məbləğində rüşvət alıb və onların övladlarını N saylı hərbi hissəyə
yerləşdirib. Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmə ona kifayət
qədər ağır cəza-8 il həbs cəzası kəsib.
Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti təşkilatının rəhbəri Ələkbər Məmmədovun
sözlərinə görə, son dövrlərdə Rasim Muradov orduda gördüyü neqativ
hallar barədə dəfələrlə ölkə və Müdafiə Nazirliyinin rəhbərliyinə
məktublar yazırdı.
Ə.Məmmədov deyib: “O, həmişə orduda yeyinti, korrupsiya halları,
hərbçilərin təhqir olunması, sülhməramlı qüvvələrdə soyğunçuluq
hallarını rəhbərlik qarşısında qaldırdığı üçün belə bir aqibətlə
üzləşib. Onu cəmiyyətdən, mətbuatdan uzaqlaşdırmaq üçün Naxçıvandakı
hərbi hissələrdən birinə göndərmişdilər”.
Lakin indi Mirzəli Yusifovun özü rüşvət ittihamı ilə həbs olunur. Ona
qarşı qaldırılmış cinayət işinin detalları haqda məlumat olmasa da
böyük ehtimalla Yusifova qarşı irəli sürülmüş ittihamların arasında
sülhməramlı taborun əsgərlərinin maaşlarını mənimsəmə və onlardan rüşvət
alma əməlləri də yer alır. Çünki vaxtilə Müdafiə Nazirliyində MTN və
Hərbi Prokurorluq tərəfindən aparılan yoxlamalarda bu faktlar
təsdiqlənmişdi.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) keçmiş rəisi həbs edilib.
Polkovnik Mirzəli Yusifov Cinayət Məcəlləsinin 311-ci
(rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə
barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, M. Yusifov əvvəllər Müdafiə Nazirliyinin 112 saylı
alayının (sülhməramlı tabor da bu alayın tərkibindədir) komandiri olub.
Daha sonra AAHM-ə qərargah rəisi təyin edilən M. Yusifov bir neçə il
hərbi məktəbin rəisi vəzifəsini də icra edib. Zakir Həsənov müdafiə
naziri təyin edildikdən sonra M. Yusifov vəzifədən uzaqlaşdırılıb.
General-mayor
Heydər Piriyev müdafiə naziri Zakir Həsənovun 4 noyabr, 2013-cü il
tarixli əmri ilə AAHM rəisi təyin olunandan sonra mətbuata qısa açıqlama
verən M.Yusifov “İndiyədək rəis vəzifəsini icra edirdim, bundan sonra
da məktəbin rəis müavini vəzifəsində qalıram” deyə bildirmişdi.
Short URL: http://www.cumhuriyyet.net/?p=3367