Ronaldonun “qızıl yuxusu” çin oldu

14.01.2014 - 01:07

Ronaldonun "qızıl yuxusu" çin olduDünya futbolunun ən koloritli, iddialı, eyni zamanda istedadlı
oyunçularından biri olan Kriştiano Ronaldo neçə illik arzusuna çatıb

Ronaldonun "qızıl yuxusu" çin oldu
Dünya futbolunun ən koloritli, iddialı, eyni zamanda istedadlı
oyunçularından biri olan Kriştiano Ronaldo neçə illik arzusuna çatıb
 

İspaniyanın “Real” (Madrid) klubunun və Portuqaliya millisinin
şərəfini qoruyan Ronaldo 2013-cü il futbol mövsümü üçün Avropanın ən
yaxşısı adını qazanaraq “Qıızl top” mükafatına layiq görülüb.

Ronaldo bu ada
yanvarın 13-də İsveçrənin Sürix şəhərində keçirilən “Qızıl top”
mükafatının təqdimetmə mərasimində layiq görülüb. 2013-cü ildə 59 oyunda
69 qol vuran superforvard bu nəticə ilə qitənin ən yaxşısı adını haqq
edib.

Yada salaq ki, “Qızıl top”u ən çox – 4 dəfə “Barselona”nın
argentinalı futbolçusu Lionel Messi alıb. Kriştiano Ronaldo isə bu
mükafatı futbol karyerasında 2-ci dəfə qazanıb. Ronaldo bu mükafatı
növbəti dəfə almağa çox can atırdı.

Onu da deyək ki, Bu il “Qızıl top”a namizədlər arasında Ronaldo və
Messi ilə yanaşı “Bavariya”nın (Almaniya) fransız yarımmüdafiəçisi Frank
Riberinin də adı var idi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3368

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31