Aydın Bəşirova cinayət işi açıla bilər

14.01.2014 - 01:12

“Xəzər Dəniz Gəmiçiliyində ikinci sənədləşmə ilə talanan büdcə
oğurluğunun istintaqı birbaşa Prezident İlham Əliyevin nəzarəti
altındadır”.

 

“Bakı” gəmisinin o vaxtkı kapitanı İsmayıl Nəbiyev, “Aşıq
Ələsgər” gəmisinin kapitanı Sabutay Veyisov və digər 8 kapitanın
istintaqa verdikləri ifadədə ikinci sənədləşmədən xəbərsiz olduqlarını
bildiriblər. Həmçinin ifadə alınarkən kapitanların dənizçi
pasportlarının və xarici pasportlarının surəti də götürülüb.  

Məlumatda bildirilir ki, araşdırma nəticəsində 2010-cu ildə
Qazaxıstanın Aktau limanından Bakıya metal qırıntıları gətirən 5.000
tonluq quru yük gəmisinin kapitanlarının və gəmilərin Azərbaycan
sərhədini keçmədiyi məlum olub.  

Azərbaycan Dövlət Gömrük Komitəsinin İstintaq şöbəsinin müstəntiqi
Elnur Qurbanov verdiyi açıqlamasında kapitanların istintaqa
deyil, ifadə verməyə cəlb edildiyini bildirdi. Onun sözlərinə görə,
rəsmi Bakı Qazaxıstan tərəfinin göndərdiyi sorğuya cavab hazırlayır:
“Qazaxıstan bizdən bu yükün hansı firmaya gətirildiyini soruşub. Onu da
bildirim ki, ilkin sənədlərdə bu metal qırıntılarının “Baku Stil
Kompani”yə gətirildiyi aşkarlanıb”.  

Xatırladaq ki, 2010-cu ildə Qazaxıstanın Aktau limanından Bakıya
metal qırıntıları gətirən Kişinyov tipli 5 min tonluq quru yük götürmə
qabiliyyəti olan “Bakı”, “Mikayıl Müşfiq”, “Cəfər Cabbarlı” və sair
gəmilər ikinci sənədləşmə ilə bu yükləri guya Yunanıstana aparılması
rəsmiləşdirilib. Sənədləşmədə “Yunanıstana gedən” quru yük gəmilərinin
başqa dövlətlərin sərhədini keçmək üçün gömrük haqqı, Volqa-Don
kanalından Qara dənizə adlayarkən keçilən 18 ədəd şülüzun pulu, yanacaq
məsrəfi və xarici sularda üzdüklərinə görə gəmi heyətinə əlavə olaraq
valyuta ödənişi və digər xərclər yazılıb və bu yalançı sənədləşmə
nəticəsində külli miqdarda vəsait mənimsənilib.   Xəzər Dəniz
Gəmiçiliyində aparılan yoxlamalar zamanı hər gəmi üçün 300 min manat,
ümumilikdə 6 gəminin “yol məsrəflərinə” 1,8 milyon manat silindiyi üzə
çıxıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3370

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031