Azərbaycan üçün tarixi rekord

02.10.2015 - 11:46
uefaDünən Avropa Liqasının qrup mərhələsində 2-ci turun oyunları keçirilib. “Qafqazinfo” xəbər verir ki, qeydə alınan nəticələrdən sonra ölkəmizin UEFA klub reytinqində xal hesabı daha da zənginləşib.
Belə ki, Azərbaycan hazırda 14.375 xalla 26-cı pillədə qərarlaşıb. “Qarabağ”ın qazandırdığı 0.500 xal ölkəmizin irəliləməsinə kömək etməsə də, mövqeyini qorumaq baxımından çox kömək edib. Çünki bu qələbə olmasaydı, 14.125 xalla 27-ci pillədə olan Serbiya ölkəmizi qabaqlayacaqdı.
Klublarımız cari mövsümdə Azərbaycanın xal ehtiyatına 3.875 xal əlavə edib. Bu isə yeni rekord deməkdi. Belə ki, təmsilçilərimiz indiyədək ölkəmizə ən yaxşı halda 3.625 reytinq xalı əlavə etmişdi. Təmsilçilərmizin qarşıda 8 oyunu olduğunu nəzərə alsaq, bu göstəricinin daha yaxşılaşdırmaq olar.
Qeyd edək ki, cari mövsümdə klub reytinqimizə “Qarabağ” 1.500, “Qəbələ” 1.375, “İnter” 0.750, “Neftçi” isə 0.250 xal əlavə edə bilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=33735

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728