“Ağ Blok”un namizədi qeydə alındı
“Ağ Blok”un təsisçilərindən biri olan Zəka Sahibin 87 Saylı Ağsu İsmayıllı seçki dairəsindən millət vəkilliyinə namizədliyi qeydə alınıb. Bu barədə Teleqraf.az-a məlumat verən Zəka Sahib bunları deyib:
“Namizədliyimin qeydə alınması üçün imza verən hər bir Ağsu rayon sakininə və seçki qərərgahımın fədakar üzvlərinə öz dərin təşəkkürümü bildirirəm. Cəmi 3 gün ərzində 550 imza toplayaraq DSK-ya təqdim etməyi bacarmağımız bir daha onu göstərdi ki, vətəndaşlarımızın gənclərə ümidləri çox böyükdür. Biz də seçicilərimizin ümidlərini doğrultmaq üçün bütün gücümüzlə çalışacağıq.”
Short URL: http://www.cumhuriyyet.net/?p=33797