Uşaq bağçalarında da vahid geyim forması olacaq

14.01.2014 - 12:22

Amma formaların pulsuz verilib-verilməməyəcəyi məlum deyil

 

Paytaxtda Bakı şəhər Icra Hakimiyyətinin tabeliyində olan dövlət uşaq
bağçalarına gedən azyaşlılar üçün vahid geyim formasının tətbiqinə
başlanıb.

Icra Hakimiyyətinin nəzdindəki Məktəbəqədər Təhsil Müəssisələri və
Uşaq Evləri Idarəsindən verilən məlumata görə, bu geyimlər paytaxtdakı
bütün bağçalara paylanılıb. Həmin geyimlərin uşaqların rahatlığına
xidmət etdiyi, pambıq parçadan hazırlanaraq gigiyenik tələblərə cavab
verdiyi bildirilir.

Vahid geyim formasının yay aylarında da tətbiq olunub-olunmayacağı barədə isə hələlik məlumat yoxdur.

Uşaq Hüquqlarını Müdafiə Liqasının rəhbəri Yusif Bəkirov deyir ki,
dövlət həmin geyimləri uşaqlara pulsuz paylayırsa, bunu müsbət
qarşılamaq lazımdır. Amma ailələri həmin formaları almağa məcbur etmək
yolverilməzdir: “Uşaq bağçalarında sosial vəziyyəti ağır olan ailələr
var ki, pulsuz geyim verməklə dövlət onlara müəyyən mənada, kömək etmiş
olur. Amma valideynlərə məcburi forma aldırmaq artıq doğru deyil. Bu,
sosial vəziyyəti ağır olanların vəziyyətinin daha da ağırlaşmasına
gətirib çıxara bilər. Üstəlik, xüsusi geyim formalarının mahiyyətinin
nədən ibarət olmasını aydınlaşdırmaq lazımdır. Əksər valideynlər
övladını bağçaya uşağının sosial çətinliyini həll etmək üçün qoyur ki,
övladı heç olmasa, dövlət təminatında olsun. Bu baxımdan, valideynlərə
kömək etmək əvəzinə, geyim forması aldırmaqla onların vəziyyətinin daha
da çətinləşdirilməsi düzgün deyil”.

Short URL: http://www.cumhuriyyet.net/?p=3380

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930