Bakıda McDonalds əməkdaşlarından vəhşilik: ananı döydülər, körpəni yerə sərdilər – VİDEO
Bakıda Nərimanov rayonunda yerləşən McDonalds restoranının mühafizəçisi hamının gözü qabağında qəsdən uşağın başından vuraraq yerə sərib, anasına da da vəhşilik edib. Bu barədə cumhuriyyet.az-a hadisə yerində olan vətəndaçlar məlumat verib.
Çox güman ki, uşağın anası restoranda əyləşənlərdən maddi yardım istəyib və ara qarışıb. Amma istənilən halda həyatda hələ heç nə dərk etməyən bir körpə, o hətta dilənmiş olsa belə bu cür münasibətə layiq deyildi. Göründüyü kimi Bakıda belə ləyaqətsiz, şərəfsiz mühafizəçi var. Baş vermiş hadisə ilə bağlı videgörüntüləri cumhuriyyet.az olaraq diqqətinizə çatdırırıq.
Short URL: http://www.cumhuriyyet.net/?p=33800