“Adama deyərlər ki, yoldaş, səni kim apardı?-

14.01.2014 - 12:50


Cəmil Həsənli:”Hər halda, gedilirdisə də, Milli Şuranın sessiyasını çağırmaq lazım idi. Sivil gediş formasını tapmaq lazımdır”

 

Cəmil Həsənli:”Hər halda, gedilirdisə də, Milli Şuranın sessiyasını çağırmaq lazım idi. Sivil gediş formasını tapmaq lazımdır.

 

“Hesab
edirəm ki, indiyə qədər atılan addımların, istər istefalar, istərsə də
Milli Şurada təmsil olunan adamların qurumdan çıxması barədə qərarları,
təklifləri yalnız sessiyada verilməli idi. İstefa verənsənsə, gəl elə
sessiyada istefa ver də, elə orda da sözünü de. Gəl, bir sağollaş. Nə
oldu, seçəndə səni alqışlayırlar, gedəndə niyə istəmirlər ki, bu olsun?
Çıxıb gedəndə birdən deyirlər ki, mən getdim. Adama deyərlər ki, yoldaş,
səni kim apardı? Mən də istəmirəm ki, bütün bu məsələlər Milli Şurada
da belə olsun”.
Bunu APA-ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, Milli Şuranın üzvü Mirmahmud Mirəlioğlu deyib.
M.Mirəlioğlu KXCP-nin Milli Şuradan çıxacağını istisna etməsə də, bu
barədə yekun qərarı sessiyada açıqlayacağını bildirib. Onun sözlərinə
görə, hazırda Milli Şurada bir sıra dəyişikliklər vacibdir:
“Ümumiyyətlə, hamının bir arada olması nə qədər mümkündürsə, ona
çalışmaq lazımdır. Bu gün Milli Şura formatında olmaq istəməyənlər,
hətta bu formatı dəyişdirmək, genişləndirmək istəyənlərin özləri belə
alternativ addımlar atır, ikitərəfli danışıqlar aparırlar. Bu o deməkdir
ki, hamı ən azından uyğun gələnlərin bir yerdə olmasını çalışır. Ona
görə də Milli Şurada olan insanların bir arada olması lazımdır. Amma
adı, strukturu, idarəetmə mexanizmi dəyişdirilməlidir. Bu məsələləri
birbaşa sessiya həll etməlidir”.

Qeyd
edək ki, Cəmil Həsənli də “Yeni Müsavat”a müsahibəsində Müsavat
partiyasını ortada görünən heç bir səbəb olmadn Milli Şuranı tərk
etməsininin şivil gediş olmadığını bildirib: “Müsavat bu qərarı verəndə
mən 1 ay idi ki, sədr seçilmişdim. Yəni sədr seçilmədiyim müddətdə
məsələlərə müdaxilə etməyə heç bir hüquqi səlahiyyətim yox idi. Bir ay
isə bu məsələləri qaydaya qoymaq üçün çox az vaxt idi. Burada Sədr
Aparatının formalaşması məsələsi də vardı. Özü də söhbət təkcə Sədr
Aparatının formalaşdırılmasından getmirdi. Ortada İcra Aparatının
fəaliyyətinin başa çatması və dəyişdirilmiş əsasnaməyə uyğun olaraq yeni
Sədr Aparatının formalaşdırılması məsələsi var idi. Ora daxil olan
siyasi qurumlar var və bu siyasi qurumlarla bütün bu məsələləri
razılaşdırmaq lazım idi. Yeri gəlmişkən, kiçik istisna ilə Sədr Aparatı
da İsa bəylə razılaşdırılmışdı. Düzdür, bəzi müsavatçı dostlarımız eyham
vururlar ki, bu, bizdən xəbərsiz olub. Ancaq bilmirəm, mən Divan
üzvlərinin hər biri ilə bunu ayrı-ayrılıqda razılaşdırmalıydım, ya İsa
bəylə? Hər halda, İsa bəylə razılaşdırmışam. Yaxud sizin Rəyasət Heyəti
kimi yazdığınız Koordinasiya Şurasının tərkibi partiya sədrləri ilə,
ictimai hərəkat rəhbərləri ilə razılaşdırılıb, o cümlədən də İsa bəylə. O
cümlədən yox… Birinci növbədə İsa bəylə razılaşdırılıb, o cümlədən də o
birilərlə. Dörd bənd ki, irəli sürülür, yəni İbrahimbəyov getsin, Cəmil
Həsənli gəlsin, hədəflər bəlli olsun və s. Bunun hansı yerinə
yetirilməyib? Mərhələ-mərhələ bunlar hamısı oldu da. Ona görə də mən elə
bilirəm ki, bugünkü narazılığın bir səbəbi də – hərçənd ki, mən bunun
üstündə mübahisə etməzdim – proseslərin həll olunduğu bir vaxtda
Müsavatın gediş qərarı verməsi ilə bağlı idi.
Müsavatçılar hamısı mənim dostlarımdır. Hər halda, gedilirdisə də, Milli
Şuranın sessiyasını çağırmaq lazım idi. Sivil gediş formasını tapmaq
lazımdır. Görünür, bu da müəyyən bir qıcıqlandırıcı amil oldu.

Vaqif

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3383

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031