VHP Yadigar Sadıqovun həbsinə münasibət bildirdi
Vətəndaş Həmrəyliyi Partiyası Lənkəran
rayon təşkilatının Bəyanatı
Vətəndaş
Həmrəyliyi Partiyasının (VHP) Lənkəran rayon təşkilatı
Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqlının Lənkəran Rayon Məhkəməsinin
qərarı ilə 6 il həbsə məhkum edilməsi ilə bağlı bəyanat verib.
Bəyanatda
deyilir: “VHP Lənkəran rayon təşilatı olaraq Müsavat Partiyası başqanının
müşaviri Yadigar Sadıqlının Lənkəran Rayon Məhkəməsinin qərarı ilə 6 il müddətinə
həbsə məhkum edilməsini ədalətsizlik hesab edir və bu qərarın məhkəmə
instansiyasının müstəqil olmadığının əlaməti hesab edirik. Y.Sadıqlının
məhkəmə prosesi nöqsanlarla müşahidə olundu və günahlandırılan şəxsin qanunla nəzərdə
tutulmuş qaydada hüquqlarının qorunması məqsədilə irəli sürülən vəsatətlər təmin
olunmadı.
Həmçinin
qarşı tərəf müttəhim kürsüsündə əyləşdirilən Y.Sadıqlının günahını
qanunvericiliyə uyğun olaraq yetərli dəlillərlə sübut edə bilmədi. Buna
baxmayaraq, ona qarşı məhkəmənin ən ağır cəzanı seçməsi, ona qarşı 6 illik həbs
qərarı çıxarması həbsin qanun çərçivəsində deyil, siyasi motivlərlə
çıxarıldığına əminlik yaradır.
VHP
Lənkəran rayon təşkilatı olaraq hüsab edirik ki, bu tip həbslər Azərbaycanın
imicinə mənfi təsir göstərməklə bərabər, ölkənin siyasi mühitinə süni gərginlik
gətirir. Ona görə də bu həbsi
pisləyir və hakimiyyəti bu ciddi yanlışlığı aradan qaldırmağa, Y.Sadıqlının ədalətli
məhkəmə prosesinin keçirilməsini təmin etməyə çağırırıq”.
Short URL: http://www.cumhuriyyet.net/?p=3384