Tərtərdə kütləvi dava

14.01.2014 - 14:08

 Polis səhərə qədər kənddə keşik çəkib

 
 
 
Tərtərdə kütləvi dava baş verib. Davada
beş nəfər xəsarət alıb. Hadisə rayonun Qarağacı kəndi ərazisində baş
verib. Kəndin yaxınlığında məskunlaşan məcburi köçkünlərə məxsus
mal-qara Qarağacı sakinlərinin otlaq sahəsinə girib. Heyvanları ərazidən
çıxaran sakinlər məcburi köçkünlərə mal-qaranı otlaqlarına buraxmamaq
barədə xəbərdarlıq edib.
Bu zaman tərəflər arasında yaranan
mübahisə davaya çevrilib. Hadisə yerinə polis cəlb olunub və davanın
qarşısı alınıb. Nəticədə Qarağacı kənd sakinləri Xəqani, Fariz və Xaliq
Quliyev qardaşları, onların əmisi Fəqan Quliyev müxtəkif bədən
xəsarətləri alıb.
Polis səhərə qədər kənddə keşik çəkib.
Tərtər
polis şöbəsindən verilən məlumata görə, daha sonra şöbəyə
məcburi köçkün, əslən Ağdamın Şotlanlı kəndindən olan və hadisənin baş
verdiyi ərazidə məskunlaşan Aytən Abışova da müraciət edərək davada
xəsarət aldığını bildirib. Xəsarət alanlar ilkin tibbi yardım aldıqdan
sonra evə buraxılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=3386

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930