İntihara cəhd edən İsmayıllı məhbusunun məhkəmədə halı pisləşib

14.01.2014 - 14:31

İsmayıllı məhbusu Səxavət Səmədovun məhkəmədə halı pisləşib.

İsmayıllı məhbusu Səxavət Səmədovun məhkəmədə halı pisləşib.
 
Yanvarın
14-də Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı hadisələrinə görə
saxlananların məhkəməsi davam edib. Proses zamanı məhbus Səxavət
Səmədovun halı pisləşib. Məhkəməyə təcili tibbi yardım çağırılıb. Müxbir
bildirir ki, Səxavət Səmədov 5 gündür aclıq aksiyası edir.
Yanvarın 9-da o, Şəkidəki istintaq təcridxanasında özünü asmağa cəhd
edib. Səxavət Səmədov əleyhinə verilən yalan ifadəyə dözə bilmədiyindən
intihara cəhd etdiyini bildirib.
Vəkil Fuad Ağayev Səxavət Səmədovun intihara cəhd etməsi ilə bağlı
xəbərlərə aydınlıq gətirib.Yanvarın
13-də Şəkidə keçirilən məhkəmə prosesində Səxavət Səmədov intihara cəhd
etdiyini söyləyib: “Dedi ki, əleyhinə verilən yalan ifadəyə dözə
bilmədiyindən intihara cəhd göstərib. Amma kamera yoldaşı onu son anda
xilas edə bilib.
Səxavət çarpayı ağı ilə özünü asmaq istəyib. Boğazında olan iz onun
dediklərini təsdiqləyirdi. Səxavət Məmmədov ötən məhkəmə prosesində
intihar edəcəyi ilə bağlı xəbərdarlıq etmişdi”.
Bir neçə gün öncə Səxavət Səmədovun yanvarın 9-u gecə Şəkidəki istintaq
təcridxanasında özünü asmağa cəhd etdiyi barədə məlumat yayılmışdı.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəhbəri Mehman Sadıqov bu
xəbəri təkzib etmişdi.

Xatırladaq ki, 2013-cü il yanvarın 23-də İsmayıllıda “Çıraq” otelinin
inzibatçısının və daha bir nəfərin yerli sakinləri təhqir etməsindən
sonra bir qrup sakin oteli və onun həyətində olan maşınları yandırmışdı.
Yanvarın 24-də yerli sakinlər rayon icra başçısının istefası tələbiylə
etiraz aksiyasına başlamış və bir qədər sonra hadisələr təhlükəsizlik
qüvvələri ilə qarşıdurmaya çevrilmişdi.
İndiyədək 18 nəfər həbs olunub. Onların arasında REAL Hərəkatının
liderlərindən İlqar Məmmədov və Müsavat başqanının müşaviri Tofiq
Yaqublu da var.
Həbs olunanlar ictimai asayişi pozmaqda, vətəndaşları kütləvi
iğtişaşlara çağırmaqda və hakimiyyət nümayəndələrinə qarşı zor
işlətməkdə ittiham edilirlər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3389

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31