Tofiq Yaqublu və İlqar Məmmədov bəraət ala bilər

14.01.2014 - 16:53

Polis əməkdaşı Tofiq Yaqublu və İlqar Məmmədovla bağlı ifadəsini dəyişdi

Polis əməkdaşı Tofiq Yaqublu və İlqar Məmmədovla bağlı ifadəsini dəyişdi
 

Müsavat başqanının müavini Tofiq Yaqublu, REAL hərəkatının sədri İlqar
Məmmədov və İsmayıllı hadisələrində təqsirləndirilən digər şəxslərin
məhkəmə prosesi yanvarın 14-də şahid polis əməkdaşlarının ifadə verməsi
ilə davam edib.

 Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən
prosesdə ifadə verən İsmayıllı polisinin əməkdaşı Bəşir Xələfov ilkin
istintaqa dediklərinin bir hissəsindən imtina edib. Şahid bildirib ki,
2013-cü il yanvarın 24-də REAL hərəkatının lideri İlqar Məmmədovu və
Müsavat başqanının müavini Tofiq Yaqublunu İsmayıllıda adamların
arasında görüb, lakin onlar sakitcə dayanaraq baş verənləri müşahidə
ediblər. Prokuror və hakim ondan fərqli ifadələr verməsinin səbəblərini
açıqlamasını tələb ediblər. Lakin polis əməkdaşı İlqar Məmmədov və Tofiq
Yaqublunun qanunazidd hərəkətlər törətdiklərini görmədiyini bildirib

Digər polis əməkdaşı Valeh Sultanzadə deyib ki, adamların polislərə daş
atdıqlarını görüb, ancaq İlqar Məmmədovla Tofiq Yaqublu belə hərəkətlər
etməyiblər.

Ötən il yanvarın 23-də İsmayıllı şəhərindəki “Çıraq” otelinin
inzibatçısı Emil Şəmdinov və onun tanışı Elməddin Məmmədov yerli
sakinləri təhqir edib. Bu insident böyüyərək “Çıraq” otelinin və
müxtəlif markalı avtomobillərin yandırılması ilə nəticələnən kütləvi
aksiyaya çevrilib. Yanvarın 24-də də davam edən aksiyada İsmayıllı Rayon
İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərovun istefası tələb olunub.
Fevralın 14-də prezident İlham Əliyev Nizami Ələkbərovun İsmayıllı Rayon
İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqda sərəncam
imzalayıb.

İsmayıllı olaylarına görə 18 nəfər həbsdədir. İstintaqı Baş
Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparıb.

Şəki Ağır Cinayətlər Məhkəməsi ötən il oktyabrın 30-da Emil Şəmdinovu 9
il 6 ay, Elməddin Məmmədovu 3 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3390

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30