Hakimiyyət Rəsulzadəni necə yad edəcək
İTV və AzTV-də Rəsulzadənin yubileyi qeyd olunacaq

Prezident İlham Əliyev M.Ə.Rəsulzadənin 130 illik yubileyinin
keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Bununla əlaqədar dövlət büdcəsindən
maliyyələşən telekanallarda hansı hazırlıqlar görülüb?
İctimai Televiziyanın ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Teymur
Abdullayev açıqlamalarında həmin gün İTV-də M.Ə. Rəsulzadə ilə bağlı
verilişlərin efirə gedəcəyini dedi. “Prezident İlham Əliyevin sərəncamına uyğun
olaraq yanvarın 31-də yubileylə bağlı verilişlər hazırlanacaq və efirə
veriləcək”.
AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasım isə hələlik bu haqda
danışmağın tez olduğunu dedi. “Yanvarın 31-nə kimi bu məsələ çox güman ki, həll
olunacaq. Hələ ki, yubiley tədbirlərinin hazırlanması barədə məlumat yoxdur”.
Short URL: http://www.cumhuriyyet.net/?p=3392