Türkiyədən İlham Əliyevə Kəmaləddin Heydərovun həbs tələbi

14.12.2013 - 18:10

Qardaş ölkədə başlayan korrupsiya əməliyyatları Azərbaycana sıçrayır; Əliyevdən 11 məmurun rəsmi Ankaraya təhvil verilməsi istənilir

kamal-ilhamBu yaxınlarda Türkiyədə siyasi və maliyyə elitasının  nüfüzlu fiqurlarının da ailə üzvlərini əhatə
edən coxsaylı həbslər oldu və bu proses mütəşəkkil cinayətkar qrupun işi kimi
ictimayətə təqdim olundu.  Eyni zamanda
aydın oldu ki, Avropa Birliyinin sanksiyalar tətbiq etdiyi İran müxtəlif yollarla Turkiyə vasitəsi ilə 89 milliyard
ABŞ dolları həcmində cirkli vəsaitin leqallaşdiilmasını aparıbmış. Əslində
Türkiyənın qonşusu İrana sanksiyalar üzündən üzləşdiyi problemlərdə dostcasına
komək kimi qəbul etmək olardı, əgər sanksiyalarin məhz İranın israrla  nüvə silahı əldə etmək istəyi üzündən baş
verdiyini bilməsə idi. Bu, həmcinin NATO müttəfiqi olan bir ölkənin nüvə silahı
əldə etmək istəyən bir ölkənin bu məqsədində ona dəstək idi. Bu isə həmcinin
müttəfiq ölkənin alyansın maraqlarına zərər vurma addımı idi.

Azərbaycanla bağlı regional mütəşəkkil cinayət…

Qeyd edək ki, cirkli pulların yuyulması bu proseslərdə operator rolunda cıxış edən Iranın təhlükəsizlik
qurumlarının güclənməsinə xidmət etdi. Bu isə istənilən iqtidar üçün
bağışlanılmaz bir addımdır və biz bu həbslərdən sonra Ərdöğan hakimiyyətinin
necə cətin günlər yaşadığının şahidi oluruq. AKP höküməti son 10 ildə almadığı
zərbəni aldı, bir neçə önəmli nazirlərin özləri istefaya, övladları isə həbsxanaya
göndərildi, bəzi millət vəkilləri hakim partiyadan istefa verdi. Rəyi
soruşulanlardan məlum oldu ki, hökümətin nüfuzu surətlə düşür, CXP və MHP- nin
isə reytinqi artıq. Qarşıdan gələn mart seçkiləri öncəsi bu hakim partiya üçün
böyük zərbədir. Türkiyəni qarşıdurma və gərginlik bürüyüb. Meydanlarda miitinqlər,
parlamentdə isə deputatlar arasında yumruq davası gedir. Hakimiyyət daxildən
çat verib.

Sanksiyaların isə belə arzuolunmaz nəticəyə gəlib cıxdığını şahidi olan Avropa Birliyi isə
2014 cü il ücün İranla ticarət palatasi yaratmagı və onun iştirakı olmadan baş
tutan proseslərdə lştirak etmək və deməli həm də nəzarət etmək cəhdi göstərdi. Biz
isə bu mövzunu hələlik məhz həbslər aspektindən analiz etməyi düşünürük. Belə
ki, Türkiyədəki həbslərdən həmən sonra məhz bu prosesin davamı olaraq 

Iran da da siyası və maliyyə elita üzvlərindən də bu mütəşəkil cinayətin davamı
kimi  həbslər baş verdi. Daha sonra isə biz
Iraniqtidarının Qərbə yönəlik ilıq mesajlar olan ritorikasının şahıdı olduq. Hər şey o yerə catıb ki, İran prezidenti İran İslam Respublikasının tarixi dövründə
ilk dəfə oyuncaqlarla bəzədilmiş şam ağacı fonunda öz fotosunun rəsmi xronikada
yayımlanmasının şahıdı olduq.

Həmcinin, “Yeni Cumhiriyyət” qəzetinə daxil olan məlimata görə İranın Azərbaycanla sərhəd vilayətlərinin guc
strukturlarında baş tutan yerdəyişmələr və bir necə həbslər baş verdi. Bu günlərdə
isə Azərbycanda da qonşu olkə ilə bir neçə sərhəd rayonların  polis rəisləri yerdəyişməsi olacağı haqqında
anons oldu.
Bu haqda anonsu isə Daxili İşlər Nazirliyinin mətbuat
xidməti verdi. Bu addım qonşu olkələrdə baş verən olayların fonunda cox
düşündürücüdür.

Bu günlərdə isə redaksiyamiza baş verən prosesləri yaxından izləyən Turkiyədə çalışan,
adının açıqlanmasını istəməyən araşdırmaçı jurnalist maraqlı bilgilər verib. Mənbəmizin
verdiyi məlumata görə bütün göstəriciləri ilə bu prosesi regional  mütəşəkkil cinayət olduğuna dəlalət etdiyini
göstərir. Məhz bu səbəbdən Türkiyədə və Iranda bu prosesin iştirakçılarının
siravi məmurlar deyil, nazirlər və icra başcılarının, bir sözlə hakim elitanın
üzvlərinin iştirakını olduğunu xatırlasaq, eyni ssenarinin Azərbycan da da baş
verəcəyi qaçılmazdır. Bu ehtimal ətrafında yürüdülən fikir mubadiləsi bizi bu gənaətə
gətirir ki, regional mütəşəkkil cinayətə görə Türkiyənin və Iranın hakim
elitasını cəzalandiran qüvvə Azərbaycan da da eyni addımlar atacaq. Artıq hadisənin
ilk günlərində məxfi əməliyyatda
Azərbaycanın strateji əhəmiyyətli postlarından birinin, Türkiyə ilə Naxçıvan Muxtar
Respublikasını birləşdirən yeganə ərazinin- Sədərək Dövlət Gömrük Keçid Məntəqəsinin
sədri Mirməhəmməd Seyidovun İstanbuldan Qarsa uçduğu zaman hava limanında həbs
olunduğu xəbəri yayıldı. İki gün Azərbaycan mətbuatında hadisə ilə bağlı gedən
səthi xəbərlərdən sonra, sanki belə bir hadisə olmamış kimi mövzu qapadıldı.
Azərbaycan
hakimiyyətinin bəzi dairələri Türkiyədəki korrupsiyaya və çirkli pulların
yuyulması əleyhinə olan əməliyyatın Azərbaycana aid bölümündə, konkret olaraq
Mirməhəmməd Seyidovun həbsi və onunla əlaqəli baş verənlərə sanki dərin bir
moratorium qoydular, mövzunun davam etdirilməsinə imkan vermədilər. Bu barədə bir
az sonra…
 

Maraqlıdır ki, haqqında bəhs edilən regional cinayət şəbəkəsi Avropa Birliyinin tətbiq etdiyi sanksiyalar dövründə Iranla
işbirliyində olublar. Bu prosesin görünən tərəfi  puldur, arxasında silah, qızıl, ziynət əşyalar
alveri, qanunsuz qruplaşmaların maliyyələşdirilməsi və s. dayanır. Nəzərə alsaq
ki, bu ölkələr həm də Suriya ilə qonşudurlar və deməli həm də bu qiyabi olaraq
Suriyaya dəstək veriblər, Iran isə bütün iki il ərzində Suriyaya açıq dəstək
verib. Amma biz həmçinin iki il öncə gəmidə həbs olunmuş Suriyaya gedən və
üzərində Azərbaycan Dövlət Gömrük xidmətindən keçmiş pul baratlarını da
unutmamalıyıq. O zaman xatırlayırsınızsa Azərbaycan rəsmiləri bu məsələni heç
bir formada izah etmədilər.

Azərbaycanda çirkli pullar şəbəkəsinin arxasında kim dayanır?

Türkiyədəki şo həbslərlə bağlı Yeni Cumhiriyyət qəzetinə danışam mənbənin verdiyi məlumata və yuxarıda qeyd etdiyimiz kimi
Türkiyədə dekabr ayında korrupsiyaya və çirkli pulların yuyulmasına qarşı başlanan böyük bir kampaniya regional mütəşəkkil cinayət olduğundan bu cinayətin kökləri və onu həyata keçirənlərin Azərbaycanda çox ciddi
bağlantıları və himayədarları var. Verilən bilgilərə görə həmin şəxslərin
dövlətin ən üst qatlarında təmsil olunmaqla böyük çevrəyə, dövləti
səlahiyyətlərə, maddi və hərbi gücə malikdirlər. Çirkli pulların hər hansı bir
formada- nəğd və ya əmtə şəkilində ölkədən çıxarılması Dövlət Gömrük Xidməti
tərəfindən həyata keçirildiyini, bu sahəyə uzun müddət birbaşa və ya dolayısı
ilə kimin rəhbərlik etdiyini eyni zamanda yuxarıdaki imkanları nəzərə alsaq bu
şəxsin kim olduğu məlum olur. Eynən mənbəmiz də bu məlumatı təsdiqləyir. Bu
şəxs ölkədə az qala 2- ci prezident statusuna malik, əvvəlcə Dövlət Gömrük
Komitəsinin, hazırda isə Fövqəladə Hallar naziri işləyən Kəmaləddin
Heydərovdur. Yalnız o müxtəlif sahələrə, çeşidlərə və mənbələr məxsus çirkli
pulları və mal- materialları bir əldə cəmləyib ölkədən ixrac və idxalına, eləcə
də həmin malların beynəlxalq dövriyyəsinə rəhbərlik edə bilər.

Azərbaycanda həbs oluna biləcək məmurlar kimdir fikirləşəndə ilk ağıla gələn Fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur.
Onun adı çirkli pulların yuyulmasında keçir. K. Heydərov bu prosesi özünün
firmaları və şirkətləri vasitəsi ilə həyata keçirib. Daha sonra adı Beynəlxalq
təhlükəsizlik reportlarından qaçaqmalçılıq edən PKK ilə əlaqədə olan adamlar
gəlir, bunları isə biz zaman- zaman yerli və Beynəlxalq mediada eşidirik.

İlham Əliyevdən həbsi tələb olunan 11 nəfərlik siyahı

Türkiyədəki mənbənin Yeni Cumhiriyyət qəzetinə daxil olan məlimata görə Kəmaləddin Heydərovun adı müxtəlif növ gizli  yükdaşımalarından tutmuş dini qrupların maliyələşməsinə qədər geniş bir çətəni əhatə edir. Çox maraqlıdır ki, bu
çətənin Azərbaycandan başlayan bağlantıları nəinki Türkiyə, İran, hətta
Suriyaya qədər gedib çıxır. Bu barədə verilən bilgiləri təsdiqləyici faktlarımız
hələ ki yetərli olmadığından araşdırmalarımızı davam etdirəcəyik. Amma bir şey
faktdır ki, son zamanlar Azərbaycanlıların Suriyada peyda olması, gzili
bazarlaşmalarda iştirk etmələri, hətta döyüş meydanlarında həlak olmaları ilə
bağlı həm statsitik rəqəmlər, həm də gələn məlumatlar artmaqdadır.

Mənbəmizin verdiyi məlumata görə beynəlxalq və daxili güclərin diqtəsi ilə 17 dekabrda qardaş ölkədə başlayan anti korrupsiya
əməliyyatından sonra iqtidarının onurunu zədələyən və hətta hakimiyyətini
itirmək təhlükəsi ilə üzləşən Ərdoğan hakimiyyəti bu ləkəni təmizləmək üçün
bəzi addımlar atmaq məcburiyyətindədir. Bu üzdən Türkiyə höküməti regional
cinayətkar şəbəkəyə himayədarlıq edən, Türkiyə, İran, Suriya və Azərbaycanda
daxil olmaqla geniş bir siyahı hazırlanıb ki, həmin siyahıda olanlar dərhal
məsuliyyətə və ya istintaqa cəlb edilməlidirlər. Həmin siyahıda Azərbaycanda
vəzifə tutan 11 nəfərin adı var. Çox maraqlıdır ki, siyahıya Fövqəladə Hallar
naziri Kəmaləddin Heydərov rəhbərlik edir. Siyahıda ikinci şəxs nə qədər qəribə
olsa da Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovdur.
Siyahıda regionda çirkli pulların yuyulması, silah qaçaqmalçılığı və digər
natəmiz işlərdə operator rolunu oynayan PKK və onun himayədarları, eləcə də
Azərbaycanda fəaliyyət göstərən türk iş adamı, adı qədər Murad Çeçen, sehv
etmiriksə Abdulbari Gozelin yaxın qohumudur, maraqlı olanı odur ki bu adam həm
də Heydər Əiyev Mərkəzinin həmtəsisçilərindən biri hesab olunur. Murad Çeçen
kimdir? Bu barədə araşdırmalarımız davam edəcək. Yalnız onu deyək ki, bir
müddət öncə onun rəhbərlik etdiyi şirkət haqqında “Yeni Musavat” qəzetində dərc
olunan bir yazıda deyilirdi; “Murad Çeçən
“DİA” şirkətinin rəhbəridir.
Azərbaycan dövlətinə məxsus texnikanı burada öz malı kimi istifadə edir və buna
görə heç yerə ödəniş etmir. Belə ki, mənbənin deməsinə görə, Nəqliyyat
Nazirliyinin 4 saylı təmir-tikinti trestinin texnikası ilk gündən burada
istifadə olunub və buna görə heç bir haqq ödənməyib. Qaynağımız qeyd edir ki,
“DİA Holdinq” kürdçü dairələrə məxsusdur və bu siyasət, ayrımçılıq Azərbaycanda
da yürüdülüb: “Çox qapalı bir şirkətdir, burada baş verən qanunsuzluqlar adamı
dəhşətə gətirir. Şirkətdə çalışanların çoxu Türkiyədən gətirilmiş kürdlərdir.
Onların əksəri azərbaycanlı fəhlələrlə qaba davranır, bizimkiləri
söyüb-aşağılayırlar. Şirkətdə yerli fəhlələrə 300 manat maaş verildiyi halda,
kürdlərə 1000-1500 manat məvacib verirlər”.
(bax; http://musavat.com/news/g%C3%BCnd%C9%99m/PREZ%C4%B0DENT-REZ%C4%B0DENS%C4%B0YASININ-YANINDAKI-V%C4%B0LLALAR-3-M%C4%B0LYONA-SATILIR_93421.html) Yəqin əlavə şərhə ehtiyac  yoxdur. Digər bir məlumatda isə Murad Çeçenin
Hassan Gozalla birlikdə Bakıda Alov qülləli binaların, bahalı körpülərin, iri
obyektlərin və s. inşa etdikləri bildirilir (bax;
http://emlakkulisi.com/dia-holding-imza-attigi-milyar-dolarlik-projelerle-dikkat-cekiyor/208530)

Mənbəmizin verdiyi məlumata görə siyahıda iş adamları,
müxtəlif vəzifələri şəxslərlə yanaşı bir neçə rayonun icra başçısının adı da
var. Türkiyə höküməti Azərbaycan hökümətindən bu məmurların Türkiyədə istintaqa
cəlb edilməsi üçün təhvil verilməsini istəyir. Yeri gəlmişkən qeyd edək ki,
tələb olunan 11 nəfər içərisində bəzi şəxslər hələ

11 nəfərlik siyahıdakı bəzi şəxslər bir neçə il öncə
Bakiya gəlmiş
Türkiyə Cümhuriyyəti Milli İstihbarat Təşkilatının
(MİT) müstəşarı (rəhbəri) Hakan Fidan 
dövlət başçısı ilə görüşündə terrorçuluq, silah
qaçaqmalşılığı və PKK mövzusunda söhbətdə həmin şəxslər haqqında danışıbmış.
Görünən odur ki, Azərbaycanda hakimiyyətin üst qatında olan və ya olanlar
tərəfindən himayə olunan bəzi arzuolunmaz şəxslərin Türkiyə tərəfindən
istənilməsi və cəzalanması mövzusu yeni deyil.

GÜNAY İSKƏNDOROVA

Short URL: http://www.cumhuriyyet.net/?p=3393

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728