ABŞ Dövlət departamenti İranla “altılıq” ölkələri arasındakı Birgə Fəaliyyət Planının mahiyyətini açıqlayıb
ABŞ Dövlət
departamenti yanvarın 20-də qüvvəyə minəcək Cenevrə razılaşmasına uyğun
olaraq həyata keçiriləcək Birgə Fəaliyyət Planının mahiyyətini
açıqlayıb.
ABŞ Dövlət Departamentinin sözçüsü Mari Harf mətbuat
konfransında bildirib ki, tərəflər arasında razılaşdırılmış planın
icrası zamanı İranın nüvə obyektlərinə daha çox baxış keçiriləcək:”Belə ki, müfəttişlər “Nətənz” və “Fordo” nüvə obyektlərinə gündəlik,
Ərak ağır su nüvə reaktoruna isə ayda bir dəfə daxil olacaq”, – deyə o
vurğulayıb.
Harfın sözlərinə görə, yanvarın 20-dən etibarən planın icrası ilə
AEBA İranın nüvə proqramının hazırkı vəziyyəti, o cümlədən uranın
zənginləşdirilməsi və Ərak ağır su nüvə reaktoru ilə bağlı məlumat
verəcək: “Eyni zamanda İran uranın 20% zənginləşdirilməsini
dayandıracaq. Bundan əlavə, rəsmi Tehran 6 ay müddətində sahib olduğu
196 kq uranın yarısını oksidləşdirəcək, yarısını isə azaldacaq”.
M.Harf deyib ki, ABŞ İranla müzakirələrin çətinliyindən tam xəbərdardır: “Biz bunları 6 ay ərzində həyata keçirməliyik”.
Short URL: http://www.cumhuriyyet.net/?p=3399