Səfər Əbiyevin kadrı nəyin güdazına getdi?

14.01.2014 - 19:15

Üzeyir Cəfərov: “Mirzəli Yusifovun həbsi xidməti fəaliyyəti ilə
bağlı deyil, dövlət başçısının anti-korrupsiya bəyanatına bir “cavab”
idi”

Üzeyir Cəfərov: “Mirzəli Yusifovun həbsi xidməti fəaliyyəti ilə
bağlı deyil, dövlət başçısının anti-korrupsiya bəyanatına bir “cavab”
idi”

 

 

Heydər
Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) keçmiş rəisi həbs
edilib. Bu barədə APA-ya Bakı Hərbi Məhkəməsindən bildirilib. Məlumata
görə, polkovnik Mirzəli Yusifov Cinayət Məcəlləsinin 311-ci (rüşvət
alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə
barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd
edək ki, M. Yusifov əvvəllər Müdafiə Nazirliyinin 112 saylı alayının
(sülhməramlı tabor da bu alayın tərkibindədir) komandiri olub. Daha
sonra AAHM-ə qərargah rəisi təyin edilən M. Yusifov bir neçə il hərbi
məktəbin rəisi vəzifəsini də icra edib. Zakir Həsənov müdafiə naziri
təyin edildikdən sonra M. Yusifov vəzifədən uzaqlaşdırılıb.

Qeyd
edək ki, Z.Həsənov müdafiə naziri təyin olunduqdan sonra S.Əbiyevin
ordudakı   bütün adamlarını vəzifədən çıxarıb. İndi görünür sabiq
nazirin vəzifədən çıxarılan adamlarının həbsinə başlanılıb. Bu olayın
S.Əbiyevin bir neçə gün əvvəlki sərt açıqlamasından sonraya təsadüf
etməsi M.Yusifovun həbsinin təsadüfi olmadığı fikrini yaradır.
Xatırladaq ki, S.Əbiyev ona qarşı hücumların haradan qaynaqlandığını
bildiyini söyləmişdi.

Ekspert
Üzeyir Cəfərov bildirdi ki, həbs M.Yusifovun xidməti fəaliyyəti ilə
bağlı deyil. Ü.Cəfərov M.Yusofovun həbsinin səbəbləri ilə bağlı onda
olan məlumatı da bizimlə bölüşdü: “Bir nəfər tanışı məktəb rəisi kimi
 Mirzəli Yusifovdan xahiş edib ki, tabeliyində kunsartlardan birinin
bölgüsündə kömək etsin. Bu məqsədlə də Mirzəli Yusifova külli miqdarda
rüşvət verilib. Sonra bu məsələ həllini tapmayandan sonra, həmin adam
prokurorluğa ərizə ilə müraciət edib. Prokurorluqda müraciət əsasında
Mirzəli Yusifovu həbs edib”. Ü.Cəfərov onu da bildirdi ki, M.Yusifovun
üzərində 90-cı illərdə qaldırılmış başqa bir cinayət işi də olub. Amma
bu cinayət işi başa çatdırılmayıb. Cinayət işinin qaldırılmasına səbəb
isə M.Yusifovun döyüşlər vaxtı Murovdakı hərbi hissəyə baş çəkməməsidir.

Ü.Cəfərov
bundan başqa M.Yusifovun S.Əbiyevə yaxın olan kadr kimi təqdim
olunmasıyla da razı deyil. M.Yusifovun həbsinin bir qədər gec həyata
keçirildiyini deyən Ü.Cəfərov vurğuladı ki, M.Yusifov dövlət başçısının
Nazirlər Kabinetinin toplantısında korrupsiyaya qarşı mübarizə
aparılmalı olduğunu elan etməsinə “cavab” olaraq həbs edilib. Ü.Cəfərov
hesab edir ki, artıq M.Yusifovun işi ictimailəşdiyinə görə o minimum 7-8
il həbsxanada keçirməli olacaq.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=3401

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930