Ekspert hökumətə ipoteka təklifi verdi

14.01.2014 - 19:29

“Mərkəzi Bank ötən il İpoteka Fonduna ayırdığı kreditin məbləğini bir neçə dəfə artırmalıdır”

 

Məhəmməd Talıblı: “İpoteka Fonduna ayrılan vəsait
artırılmalı, kreditlərinin verilməsilə bağlı sənədləşdirilmə prosesinə
radikal dəyişikliklər edilməlidir” 

Azərbaycan Mərkəzi Bankı (AMB) yanında fəaliyyət göstərən Azərbaycan
İpoteka Fondunun (AİF) xətti ilə 2013-cü ilin yanvar-noyabr aylarında
96,4 milyon manat həcmində kredit verilib.  Bu da 2012-ci ilin müvafiq
dövrünün yekunları üzrə maliyyələşdirmənin həcmini 56,7 faiz üstələyir.
Trend-in məlumatına görə, bu barədə AMB-nin statistik hesabatında
deyilir. AİF noyabr ayı ərzində mənzil alqısının maliyyələşdirilməsinə
10 milyon manat ayırıb, halbuki oktyabrda bu məqsədlər üçün 4,4 milyon
manat verilib. AİF-in xətti ilə maliyyələşdirməyə başlanandan ümumilikdə
516,59 milyon manat ipoteka krediti ayrılıb.Hesabata əsasən, 11 ay
ərzində bankların əvvəllər ayırdığı kreditlərin yenidən
maliyyələşməsinin ümumi həcmi 70 milyon manat təşkil edib. İlin
əvvəlindən AİF 47 milyon manat həcmində istiqrazlar yerləşdirib.

AİF-in xətti ilə maliyyələşdirməyə başlanandan ümumilikdə 516,59
milyon manat ipoteka krediti ayrmasına baxmayaraq, Azərbaycanın mənzil
bazarında problem hələ də qalmaqdadır. Çünki AİF-in ayırdığı maliyyədən
yalnız məhdud kəsim yararlana bilir. Çünki ipoteka kreditləri ilə bağlı
istər rəsmi, istərsə də qeyri-rəsmi şərtlər, ödənişlər bu kreditləri
yalnız məhdud kəsim üçün əlçatan edir. Digər tərəfdən mənzil bazarındakı
qiymətlərin çox yüksək olması orta statistik vətəndaş üçün mənzil
alışını imkansız edir. Bundan başqa hökumətin paytaxtdakı söküntü
siyasətini hələ davam etdirmək niyyəti mənzil bazarına öz neqativ
təsirini göstərməklə yanaşı, evləri sökülənlərin aldıqları
kompensasiyaya uyğun olaraq, yenidən həmin ərazidə mənzil sahibi
olmasını mümkünsüzlüyə çevrib. Bəs, yaranan situasiyada çıxış yolu
nədir? Hansı islahatlar aparılmalıdır ki, Azərbaycan cəmiyyətini narahat
edən bir nömrəli sosial məsələ öz həllini tapsın?

İqtisadi Təhlil İnstitunun rəhbəri Məhəmməd Talıblı bildirdi ki,
birinci problem dövlət tərəfindən ipoteka kreditləri üçün ayrılan
məbləğin özünün yetərli olmamasıdır. M.Talıblı vurğuladı ki, uzun illər
dövlət büdcəsindən səmərəsiz, qeyri-şəffaf vəsaitlərin ayrılmasına
baxmayaraq, cəmiyyəti düşündürən ipoteka məsələsinə etinasız yanaşılır:
“İpoteka kreditləri üçün aryılan vəsaitlərə ehtiyac meyarı böyük olsa
da, bu istiqamətə diqqət ayrılmır. Bu baxımdan ölkədə ipoteka kreditləri
üçün ayrılan vəsait ehtiyacları simvolik həddə adekvatdır. Ümumiyyətlə
Azərbaycanda özəl bankların da ipoteka kreditləri ilə bağlı maliyyə
ayırmalarına maraq göstərmir. Ölkədəki 47 özəl bank bu istiqamətdə
təşviq olunmur”.

Ölkədə artan mənzil ehtiyacları fonunda bu təlabatın yalnız dövlət
vəsaitləri hesabına ödənilməyə çalışıldığını deyən M.Talıblı bildirdi
ki, ona görə bu sahədə dövlət vəsaitlərinin artırılmasına ehtiyac var.
M.Talıblı eyni zamanda ipoteka kreditlərinin verilməsi zamanı
sənədləşdirilmə prosesində də radikal dəyişikliklərin edilməli olduğunu
düşünür: “Birinci addım kimi ipoteka kreditinin verilməsi zamanı sosail
baxımından müdafiəsiz gənc ailələri nəzərə almaqla ilkin ödənişin
miqdarını azaltmaq gərəkdir. Eyni izamanda bəzi sosial qrupların
güzəştli ipoteka şərtlərindən yararlanmaq imkanları olmalıdır”. 

M.Talıblı eyni zamanda ipoteka krediti almaq istəyən vətəndaşların
mütləq dövlət sektorunda çalışmasının bir şərt kimi irəli sürülməsini də
yanlış sayır. Ölkədə ÜDM-in 80 faizinin özəl sektora aid olduğunu deyən
M.Talıblı vurğuladı ki, əhalinin əhəmiyyətli hissəsi hazırda özəl
sektorda çalışır: “Aylıq ödənişi 80-120 manat aralığında dəyişəcəyi
təqdirdə ipoteka kreditlərindən istifadə etmək istəyənlərin sayı arta
bilər. Çünki ipoteka kreditlərinin iri ödənişləri gənc ailələri kirayə
mənzillərdə qalmağa məcbur edir. Ona görə xarici idarəetməyə verilən
vəsaitlərin müəyyən hissəsi bu sosial problemin həllinə yönəlsə daha
səmərəli olar”.

Short URL: http://www.cumhuriyyet.net/?p=3402

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031