Cəlilabadlılar qiyama qalxır

15.01.2014 - 14:36

Əhali çıxış yolunu aksiyalarda görür

 Əhali çıxış yolunu aksiyalarda görür
 
 
Bu gün saat 12-də Cəlilabadda Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin yerli təmsilçiliyinin binası qarşısında 500-ə yaxın
vətəndaş etiraz aksiyası keçirib. Hazırda da aksiya davam etməkdədir.
Aksiyaya səbəb nazirliyin ünvanlı sosial yardım almaq istəyən
vətəndaşların sənədlərini qəbul etməməsidir. Aksiya iştirakçılarından
aldığımız məlumata görə, vətəndaşlara müraciət üçün vaxtın artıq
bitdiyini bildiriblər. Aksiyaçıların yaxınlıqda yerləşən Cəlilabad rayon
İcra Hakimiyyətinin binası qarşısına üz tutması əraziyə polis
əməkdaşlarının cəlb olunmasına səbəb olub. Polislər öncə aksiya
iştirakçılarını ərazidən uzaqlaşdırmağa çalışsalar da, əhalinin böyük
təpkisi nəticəsində buna nail olmayıblar. Hazırda nazirliyin binası
önündə toplaşan aksiyaçıları polis kənardan müşahidə etməklə məşğuldur.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3404

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930