Şəhəri qəzetlər zibilləyirmiş

15.01.2014 - 14:46

Bakıda qəzet və jurnalların səyyar satışı qadağan olunub

 
Bakı şəhərinin küçələrində küçə ticarətinə, qəzet və
jurnalların səyyar satış nöqtələrinə Bakı Şəhər Ticarət və Xidmət
Departamenti tərəfindən verilmiş icazələr 1 yanvar 2014-cü ildən ləğv
edilib.

Bakı Şəhər Ticarət və Xidmət Departamentindən  verilən məlumata
görə, bu qərar Bakının abadlaşdırılmasını, gözəlləşdirilməsini,
dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsini və şəhərdə dünya
standartlarına uyğun ən müasir qəzet və jurnalların satış köşklərinin
quraşdırılmasını nəzərə alaraq qəbul edilib.

Bakı Şəhər Ticarət və Xidmət Departamenti bildirir ki, bundan sonra
şəhər ərazisində küçə ticarətinə yol verilməyəcək, qəzet və jurnalların
satışı isə yalnız və yalnız şəhərdə quraşdırılmış dünya standartlarına
cavab verən köşklərdə həyata keçiriləcək.

Bakı şəhər Baş Polis İdarəsi isə polisin Bakıda qəzet satışına qadağa qoyması barədə yayılan məlumatları təkzib edib.

İdarə rəsmisi tərəfindən bildirilib ki, bu barədə yayılan məlumatlar doğru
deyil: “Paytaxt polisi şəhər İcra Hakimiyyəti ilə birlikdə qanunsuz küçə
ticarətinə qarşı müvafiq tədbirlər həyata keçirir və bu sırada primitiv
qaydada kustar üsulla hazırlanmış rəflərin üzərində qəzet-jurnal
satışının da qarşısının alınması həmin tədbirlərin tərkib hissəsidir.

Vətəndaşların küçə ticarətinin qarşısının alınması ilə bağlı çoxsaylı
müraciətləri gündən-günə gözəlləşən şəhərin simasına xələl gətirən hər
cür əldəqayırma satış nöqtələrinin yığışdırılmasını zəruri edir. Odur
ki, Bakı Şəhər İcra Hakimiyyəti və Baş Polis İdarəsi əhalinin haqlı
narazılığına səbəb olan belə neqativ hallara qarşı tədbirləri mütəmadi
olaraq davam etdirəcək. O ki qaldı qanunsuz küçə ticarəti ilə məşğul
olanların xüsusi icazə əsasında fəaliyyət göstərmələrinə, müxtəlif
yollarla əldə edilən həmin sənədlər artıq Bakı Şəhər İcra Hakimiyyəti
tərəfindən ləğv edilib”.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3405

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31