Abbas Abbasovun yeni biznesi
Abbas Abbasov telekanal açır: kanalın Bakı ofisi hazırdır
telekanal layihəsinə başlayır. Söhbət Albax TV layihəsindən gedir.
Moskvadakı mənbədən saytımıza daxil olan məlumata görə, əslində
Albax TV müxtəlif kanalların paketindən ibarət bir layihədir. Bu paketdə
hətta Azərbaycanda fəaliyyət göstərən telekanallar da yer alıb. Amma
söhbət ondan gedir ki, Albax-ın özünün də telekanalı olacaq. Bu ART –
“Azərbaycan-Rusiya TV” adlanır. Həmin kanal isə Azərbaycan, Gürcüstan,
Türkiyə və digər dövlətlərə yayınlanacaq.
Mənbənin dediyinə görə, yeni kanalda, yəni Azərbaycan-Rusiya TV-də
xəbərlər, analitik icmal və digər siyasi-sosial mövzular daha çox yer
alacaq.
Bu kanala Cəmil Sadıqbəyov adlı bir şəxsin rəhbərlik edəcəyi
gözlənilir. Sadıqbəyov əvvəllər “Azerros” qəzetinin baş redaktoru olub.
Mənbənin məlumatına görə, kanalın Azərbaycan bürosunda çalışacaq
əməkdaşların da siyahısı tutulub. Bu əməkdaşların əksəriyyəti adı bizə
bəlli olan ölkənin tanınmış saytlarından birində çalışırlar.
Telekanalın ofisi isə Moskva şəhəri, Krasnya Presnya küçəsi 24 ünvanında yerləşir.
Bir qədər əvvəl isə Baş nazirin keçmiş 1-ci müavini Abbas Abbasovun
dəstəyi ilə radio da təsis edib. “Evrazia FM” adlanan bu radio birbaşa
“Milyarderlər İttifaqı”nın üzvləri tərəfindən maliyyələşdirilir.
Radionun “Evrazia.ru” saytı da artıq fəaliyyət başlayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=3406