Hakimiyyət acığını həbs olunan müxalifətçılərdən çıxır

15.01.2014 - 15:12

Həbsdən çıxan daha iki gənc təcridxanadakı işgəncədən danışdı

Həbsdən çıxan daha iki gənc təcridxanadakı işgəncədən danışdı
 
“Bizi tək kameraya salaraq 3 gün ərzində sıxdılar. Dünən isə 8
nəfər Tural Sadıqlının əllərini arxadan bağlayıb vəhşicəsinə döydü”

Qarabağ qazisi Zaur Həsənovun intihar etməsi ilə bağlı 29 dekabrda
Fəvvarələr meydanında keçirilən etiraz aksiyasında saxlanılan və
sutkalıq həbs cəzasına məhkum edilən gənclərdən daha ikisi azadlığa
çıxıb. Cavid Hacıbəyli və Orxan Carçının məhkum edildikləri 16 sutkalıq
həbs müddəti yanvarın 15-də tamam olub və onlar sərbəst buraxılıblar.
Onlar
həbsləri və müvəqqəti saxlama təcridxanasında başlarına gələnlər barədə mətbuata danışıblar. Müsavat fəalı Cavid Hacıbəyli: “Həbsimiz
təbii ki, sifariş xarakteri daşıyır. Azərbaycan məhkəmə sistemi teatra
bənzəyir. Heç bir ədalət, qanundan danışmaq olmaz. Biz Binəqədi
Təcridxanasına aparıldığımız gündən haqsızlıqlarla qarşılaşdıq. Orada
sanki insan yox, heyvan saxlayırlar. Verilən yeməklər, yataq dəstləri
insan həyatını alçaldırdı. Bizim israrlı tələblərimizdən sonra qismən də
olsa vəziyyətimiz normallaşdı. İlk günlər Orxan Eyyubzadəyə təzyiqlər
etdilər. Etirazlarımdan sonra bizi tək kameraya salaraq 3 gün ərzində
sıxdılar. Dünən isə 8 nəfər təcridxana əməkdaşı Tural Sadıqlının
əllərini arxadan bağlayaraq, gözlərimiz qarşısında zorla yerə oturdaraq
vəhşicəsinə döydülər. Böyrəklərinə zərbələr endirdilər. Bu əməliyyat
konkret məntəqə sədri Ramin İmanovun gözləri qarşısında onun göstərişi
ilə yerinə yetirildi. Turalın döyülməsində məntəqə sədrinin köməkçisi
Pənah və Teymur adlı işçilər də iştirak edirdilər. Bu barədə Elçin
Behbudova və vəkilə məlumat veriləcək. Artıq şikayətləri bugün
hazırlayıb verəcəyik. Mübarizəmiz davam edir, heç nədən çəkinmirik,
bundan sonra da meydanlarda olacağıq”.
Orxan Carçı: “Qarabağ qazisi
Zaur Həsənovun intihar etməsinə səbəb olan cinayətkarların
cəzalandırılmasını istədik, özümüzü cəzalandırdılar. İnsan söz tapa
bilmir. Sözün bitdiyi andır”.

Xatırladaq ki, 29 dekabr etiraz aksiyasında 21 nəfər saxlanılmış, 14
nəfər haqqında müxtəlif cərimələr kəsilmiş, 7 nəfər haqqında isə
inzibati həbs cəzası verilmişdi. Onlardan Tural Sadıqlı bu gün axşam
saatlarında, Orxan Eyyubzadə isə sabah çıxacaq. Digər saxlanılan Məcid
Vahid isə məhkəməyə gəlmədiyinə görə 9 yanvarda həbs olunub və Səbayel
Rayon Məhkəməsinin qərarı ilə 15 sutka inzibatı cəza alıb.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=3407

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031