Dünyanı dinləyən kəşfiyyat:

19.01.2014 - 23:49
ABŞ Milli Təhlükəsizlik Agentliyi haqda bilmədiklərimiz

ABŞ Milli Təhlükəsizlik Agentliyi haqda bilmədiklərimiz
 
ABŞ prezidenti Barak Obama ölkənin Milli Təhlükəsizlik
Agentliyinin bundan sonrakı əsas vəzifələrini müəyyənləşdirən
reformaların nədən ibarət olacağını açıqlayıb. Ən maraqlı məqamlardan
biri odur ki, Obama təhlükəsizlik orqanlarına ABŞ-a dost olan ölkə
liderlərini izləməyi qadağan edib.

Ağ Evdəki mənbələrdən əldə edilən məlumata görə, “izləmə qadağası”
təxminən 10-dan artıq ölkəyə şamil olunacaq. Sadə vətəndaşların
izlənməsi məsələsinə toxunan Amerika prezidenti bildirib ki, bu, yalnız
məhkəmədən yazılı icazə alınandan sonra həyata keçiriə bilər.
Bəs bu sözü gedən təhlükəsizlik orqanı haqqında ümumi şəkildə nələri
bilirik. Haqlı olaraq deyə bilərik ki, bu orqanın əməkdaşı Edvard
Snoudenin etiraf dolu məlumatları üzə çıxmasaydı, yəqin ki, dünya
ictimaiyyəti həmin təşkilat barəsində bu qədər maraqlanmayacaqdı.

ABŞ Milli Təhlükəsizlik Agentliyi (orjinal adı- National Security
Agency) kəşfiyyat məlumatları əldə edən agentlikər içərisində ən böyük
təşkilat kimi tanınır. MTA 1952-ci ildə qurulub. Ştab qərərgahı Merilend
ştatının Ford-Mid şəhərində yerləşir və budcəsi ilə personalının sayı
barədə məlumatlar nə qədər məxfi olsa da, bu orqan üçün il ərzində 8
milyard dollar xərcləndiyi və 38 min personalın çalışdığı deylir. Bu
təşkilat ABŞ Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərir.

ABŞ-da
təhlükəsizlik məsələləri ilə məşğul olan 16 təşkilat fəaliyyət
göstərir. Məşhur Mərkəzi Kəşfiyyat İdarəsindən (CİA) başqa, hamısı
1981-ci ildə yaradılmış ABŞ Təhqiqat Birliyiyi vasitəsilə Milli
Kəşfiyyat Direktoruna tabedirlər. MTA-nın əsas işi ABŞ-ı radioelektron
və informasiya təhlükələrindən qorumaq, elektron kəşfiyyat,
kriptoqrafiya (gizli şifrə) sayılır. Bunlardan başqa isə MTA “PRİSM”
adlanan xüsusi kəşfiyyat proqramının və qlobal “Eşelon” gizli sisteminin
əsas operatoru da hesab olunur. Başqa yandan isə MTA-nın kriptoqrafik
standartları özündə birləşdirən DES, Dual EC DRBG proqramlarına müdaxilə
etmək imkanları da var. Həmin bu kriptoqrafik mürəkkəb sistemlər bank
məlumatlarının məxfiliyi üçün tərtib olunublar. Təşkilatın yerləşdiyi
263 hektarlıq geniş bir ərazi ətrafdan tam şəkildə izolyasiya olunub.
Orada çalışan insanların həyat fəaliyyətlərini ətrafla ciddi əlaqə
qurmadan sürdürməsi üçün lazım olan bütün şərait yaradılıb. Bu mərkəz
özünün elektrostansiyası, polisi, yanğınsöndürmə briqadası, məktəbi,
uşaq baxçası və digər ehtiyacları da qarşılaya biləcək şəkildə qurulub.
MKİ binası o qədər böyükdür ki, oraya ABŞ Konqresi olan Kapitoli kimi
dörd binanın yerləşdirilməsi belə mümkün sayılır. Bu binanın
yaxınlığında 18 min avtomobilin park edilməsi üçün nəzərdə tutulan
meydança da var. Həmin ərazi çox ciddi qorunur və oraya öz
əməkdaşlarından başqa, heç bir kənar şəxs buraxılmır. İndiyədək əldə
edilən elektron informasiyaların yığılıb saxlanılması məkanı azlıq
etdiyindən, gələcək materiallar üçün MTA artıq yeni, daha geniş məkana
ehtiyac duyur. Ona görə də, hal-hazırda Yuta Ştatında məlumatların
saxlanılması üçün 100 kvadrat kilometlik ərazisi olan xüsusi data-mərkəz
tikilir. Bu mərkəz 2 milyard dollara başa gələcək. Son məlumatlara görə
burada ümumi yaddaş gücü 5 zetabayt olan kompyuter informasiyaları
saxlanılacaq. Bu güc hal-hazırda dünyadakı bütün kompyuterlərin
birlikdəki yaddaşından beş dəfə çoxdur. MTA ABŞ-ın digər böyük kəşfiyyat
orqanları olan FBİ, CİA və həmçinin Pentaqonun sifarişlərini operativ
olaraq yerinə yetirir.

Bu
tip anoloji kəşfiyyat seqmentində fəaliyyət göstərən İngiltərənin
“Hökumət Əlaqələri Mərkəzi” (Government Communication Headquarters )
adlı təşkilatı MTA ilə çox yaxın və sıx əlaqələr qurub və bir-birlərinə
hərtərəfli formada yardımlar da göstərirlər. Təhlukəsizliyin yüksək
səviyyədə təmin olunması üçün Google, Yahoo, Facebook, You Tube, Skype,
AOL, Apple, Paltalk kimi nəhəng şirkətlər Amerikan hökuməti ilə razılığa
gəliblər ki, onlar öz serverlərindən istifadə etmək üçün MTA-ya bütün
lazımı yardımları etsinlər. ABŞ hökuməti yaxşı anlayır ki, elmi- texniki
tərəqqinin inkişafı ilbəil öz sürətini daha da artıraraq yeni inkişaf
mərhələlərinə çatır. Elə bu səbəbdən də, ABŞ dövləti texniki inkişafın
yarada biləcəyi imkanların masştabını genişləndirmək üçün Milli
Təhlükəsizlik Agentliyi kimi quruluşları daima yüksək səviyyədə
istənilən təchizat və maliyyə ilə təmin edir.

V.Nəsibov

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3424

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031