Qarbaçov 20 yanvar qələtini etiraf etdi

19.01.2014 - 23:54
Hakimiyyət ekstremal situasiyada
güc tətbiqindən imtina edə bilməz

Hakimiyyət ekstremal situasiyada
güc tətbiqindən imtina edə bilməz 
 
 
“1990-cı ilin yanvarında çoxlu sayda bakılının həyatı yarımçıq
qırıldı. Bu ağırdır, çox ağırdır”. Bu sözləri SSRİ-nin ilk və son
prezidenti Mixail Qorbaçov özünün yazdığı “Həyat və islahatlar”
kitabındakı memuralarında sovet ordusunun 20 yanvarda Bakıya qanlı
müdaxiləsi barədə mövqeyini qeyd edərkən yazıb.

“Əsas günah Qarabağdadı”

Mixail Qorbaçov kitabında 20 yanvar hadisələrinin səbəbləri barədə
özünün subyektiv mülahizələrini qeyd edib. O bu qanlı qırğına bəraət
qazandırmaq üçün bildirib ki, hadisələrin bu şəkildə baş verməsinin əsas
günahı Dağlıq Qarabağ məsələsi ətrafında o illərdə yenidən kəskinləşən
erməni-azərbaycanlı qarşıdurması olub.

“90-cı ilin yanvarından dərs götürülbmü? Şübhə edirəm: bunun subutu erməni-azərbacanlı müharibəsidir”.

Özünün bu qanlı hadisələrdən yaxasını kənara çəkməyə can atan
M.Qorbaçov sovet qoşunlarının Bakıya hərbi müdaxiləsini “fövqəladə
şəraitin” məcbur etdiyini yazıb. “1990-cı ilin yanvarında fövqəladə
şərait bizi fövqaladə vəziyyətin elan edilməsinə məcbur etdi. Bu addım
daha çox qan axıdılmasının qarşısını almaq üçün atıldı”-deyə
eks-prezident vicdanı ağrımadan yazıb.

“Azərbaycan hakimiyyəti parçalanmışdı”

Daha sonra sovetsayağı statik arqumentlərə üz tutan M.Qorbaçov qeyd
edib ki, “13 yanvarda Bakıda xüliqan elementlər insan itkisi ilə
müşayiət olunan kütləvi iğtişaş tördəiblər”.
SSRİ prezidenti ardınca etiraf edir ki, 15 yanvarda Azərbaycan Kommunist
Partiyasının Mərkəzi Komitəsi Bakıda vəziyyətin normallaşdırılması üçün
təxirəsalınmaz tədbirlər barədə qərar qəbul edib. M.Qorbaçov memuarında
idda edir ki, Azərbaycan hakimiyyəti daxilində bölünmə və parçalanma
situasiayaya nəzarət etməyə imkan verməyib.

“Mən Prezident Şurasının üzvü Primakovu və Sov.İKP Mərkəzi Komitəsi
adından Aleksandr Girenkonu Bakıya göndərdim. Onlar mənə zəng vurub
bildirdilər ki, Azərbaycanda vəziyyət nəzarətdən çıxıb. 18 rayonda
hakimiyyət orqanlarının fəaliyyəti dayandırlıb və İranla 200 km sərhəd
sökülüb”.

M.Qorbaçov yazır ki, SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sərəncamı
ilə 20 yanvar 1990-cı ildə Bakıda fövqəladə vəziyyət elan edilib.

“20 yanvar mənə dərs oldu”

Qorbaçov 20 yanvar qırğının məsuliyyətini dolayısı yolla olsa da, etiraf edib.

“Bu faciəli hadisədən dərs götürdüm. Hakimiyyət ekstremal situasiyada
güc tətbiqindən imtina edə bilməz. Ancaq bu aksiya mütləq olaraq
əsaslandırılmalı və çox sərt tədbirlərlə bağlı addım
məhdudlaşdırılmalıdır. Problemin həlli yalnız siyasi yolla
tapılmalıdır”-deyə Mixail Qorbaçov vurğulayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3425

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930