BP prezidentini Rusiyada zəhərləyiblər

20.01.2014 - 01:42

Qanında zəhər aşkarlanan və həbsinə hazırlıq getdiyini öyrənən Robert Dadli qaçıb 

Qanında zəhər aşkarlanan və həbsinə hazırlıq getdiyini öyrənən Robert Dadli qaçıb 

BP prezidenti Robert Dadli Rusiyada zəhərlənib. Bu sensasion fakt nüfuzlu “The New Yorker” jurnalının məqaləsində yer alır. Məqalədə bildirilir ki, hadisə bir neçə il əvvəl baş verib. Robert
Dadli özünü yaxşı hiss etməyib və müayinə zamanı qanında zəhər
aşkarlanıb. Bu fakt üzə çıxandan sonra Dadli Rusiyada onun həbsinə də
hazırlıq getdiyini bilərək qaçıb və bir müddət ortalarda görünməyib.

Jurnal Rusiyada BP prezidentinin başına gələn və bu vaxta qədər heç
yerdə açılmayan hadisə barədə oliqarx və milyarder, Britaniya neft
nəhənginin partnyoru olan Len Blavatnikə həsr olunmuş araşdırmasında yer
verir.

BP rəsmiləri Robert Dadlinin zəhərlənməsi və Rusiyadan qaçması barədə yazılanlara şərh verməkdən imtina ediblər. Lakin bu hadisə BP şirkətinin Rusiyadakı 17 illik dumanlı fəaliyyətinə dair əsas suallardan birinə cavab tapmağa imkan verir: 2009-cu
ildə BP-nin Rusiyadakı törəmə şirkəti TNK-BP-nin rəhbəri olarkən 
Robert Dadlini bu ölkədən tələsik getməyə və uzun müddət ortalarda
görünməməsinə nə səbəb olmuşdu?

Yazıda bildirilir ki, BP-nin Rusiyadakı törəmə şirkəti TNK-BP-yə
başçılıq edərkən L.Blavatnik Robert Dadlinin dörd rusiyalı ortağından
biri idi. Həmin vaxtlar BP və onun rusiyalı partnyorları bir-birləri ilə
müharibə şəraitində idilər. Rəqiblərdən hər biri digərini sıradan
çıxarmağa, yaxud onun üzərində əzici üstünlüyə malik olmağa çalışırdı.

Həmişə olduğu kimi, Kreml oliqarxların tərəfini tuturdu. Həmin
vaxtlarda WikiLeaks saytı tərəfindən yayılan Amerika məxfi diplomatik
teleqramlarının birində deyilirdi ki, Robert Dadlinin Moskvadakı
mənzilinə naməlum şəxslər daxil olub. Həmin şəxslər Dadlinin ünvanına
məhkəməyə çağırış vərəqəsi qoyaraq evi tərk ediblər. Çağırışda BP-nin
rusiyalı oliqarx tərəfdaşları tərəfindən Robert Dadliyə qarşı ittihamlar
yer alırdı.

“The New Yorker” jurnalı yazır ki, bu hadisələrin fonunda
R.Dadli özünü pis hiss etməyə başladı. Sonradan məlum oldu ki, onun
qanında zəhərli maddənin izləri var. R.Dadli TNK-BP şirkətinin
ofislərinə gətirilən yeməkləri yeməkdən imtina edəndən sonra vəziyyəti
yaxşılaşmağa başladı. Lakin həmin il iyulun 24-də Dadliyə məlumat
verdilər ki, polis ertəsi gün səhər onu həbs edəcək. Məhz bu
xəbərdarlıqdan sonra R.Dadli Moskvadakı mənzilini tərk edərək Rusiyadan
qaçdı.

Nəhayət, BP-nin Rusiyadakı müstəqil biznesinə 2012-ci ildə son
qoyuldu. TNK-BP şirkətinin səhmlərinin hamısı “Rosneft” dövlət şirkətinə
55 milyard dollara satıldı. Bu sövdələşməyə əsasən BP “Rosneft”in 20
faizlik payını da aldı. Beləliklə, şirkət yaşadığı bütün dəhşətlərə
baxmayaraq Rusiyada qalmağa imkan tapa bildi.

Jurnal yazır ki, BP-nin Rusiyadakı problemlərinin əksəriyyəti onun öz
səhvləri ucbatından yaranırdı. BP rəhbərləri hesab edirdilər ki, onlar
Rusiyada işləməyin üsullarını bilirlər. Lakin onları həmişə aldadır və
səhvlərə yol verməyə təhrik edirdilər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3432

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031