İmişlidə məktəbli şagirdə işgəncə verilib
Elman Şahbazov: “Müəllimə və
məktəbin direktoru Akif Mövsümov nəvəmi vəhşicəsinə döyüblər”
İmişli şəhər sakini Şahbazov
Elman Nəriman oğlu tərəfindən “Yeni Cumhuriyyət” qəzetinin elekton ünvanına
şikayət məktubu daxil olub. Məktubda şikayətçi məktəbli Nəriman adlı nəvəsinin
oxuduğu məktəbbdə işgəncəyə məruz qaldığını bildirib. Məktubda deyilir;
“İmişli şəhər 1 saylı tam orta
məktəbinin 3-cü sinfində təhsil alan nəvəm Şahbazov Nəriman Amil oğlu 17 yanvar
2014-cü ildə saat yəxminən 17 radələrində məktəbin direktoru tərəfindən fiziki
zorakılığa məruz qalıb. Belə ki, məktəbdən çıxan Nəriman sinif yoldaşları ilə
birgə Əzizbəyov küçəsi ilə evə qayıdarkən həmin küçədə tanıdıqları bir neçə
şəxsin dalaşdığını görüb. Nəriman və
sinif yoldaşı olan başqa bir oğlan dalaşanları ayırmaq istəyib. Belə olduqda
onlar özü də başqa şəxslərin hücumuna məruz qalıb. Küçədə olan məktəbin Nüşabə
adlı müəllimi Nəriman və onunla birgə dalaşanları ayırmaq istəyən oğlanın
qolundan tutaraq məktəbə aparıb. O və məktəbin direktoru Akif Mövsümov direktor
otağında Nəriman Şahbazovu təpik və yumruqla vəhşicəsinə döyüblər. Sonra çantasını əlindən alaraq onu evə
buraxıblar. Həmin gecə Nərimanın üzü şişdi, baş ağrısından yata bilmədi. Halı
pisləşdiyindən evə “təcili yardım” çağırdıq.
Xahiş edirəm qanunun tələbləri
ilə baş verənləri araşdırıb təqsirkar şəxslərin cəzalandırılmasında yardımçı
olasınız”.
Elman Şahbazov şikayət
məktubunun surətini İmişli Rayon Təhsil Şöbəsinin müdiri cənab Ramiz Əmirova və
İmişli rayon prokuroru cənab Pənah Abasova da göndərib.
Qarşı tərəfləri də dinləməyə
hazırıq.
Short URL: http://www.cumhuriyyet.net/?p=3433