Mirdamət Sadıqov: Vəzifəni hörmətə mindirən icra başçısı…

09.10.2015 - 00:18

rrMüasir mediada çox nəsnələrin təmənnalı yazılıb, elə təmənnalı da pozulduğu bir vaxtda icra başçısı haqda xoş yazı yazmağın necə qarşılanacağını bilməmiş deyiləm. Hər kəs sual edəcək: Görəsən, nə baş verib ki, işi-gücü tənqid olan bir saytın rəhbəri indi icra başçısını müdafiə edən yazıya imza qoyur?
Səmimiyyətimə inananlar üçün yazıram: Mən bu yazını qələmə almağı özümün vicdan borcum saydım və birnəfəsə yazdığımdan heç nə yazacağımı da bilmirəm, əvvəlcədən “belə başlayım, belə yekunlaşdırım” kimi planlar da qurmadım. Halbuki yazdığım əksər yazılar məhz “belə başlayım, belə yekunlaşdırım” planlaşdımasının məhsulu olurdu….
Yazmağa məcburam! Bunu mənə yazının qəhrəmanı – İsmayıllı rayon icra hakimiyyətinin başçısı Mirdamət Sadıqov “təhrik edib”. Onunla tanış olmasaydım, onun da digər icra başçılarından biri olduğuna inanacaq, haqqında yazılan əsaslı-əsassız bütün ittihamlara haqq qazandıracaqdım.
Bu gün icra başçılarının böyük əksəriyyətinin hansı səviyyəyə malik olduğunu, elmdən uzaq, yalnız pul yığmağı bacaran ənənəvi tiplər kimi tanıdığımdan Onun haqqında da belə düşünəcəkdim. Amma…
Amması bu ki, Mirdamət Sadıqov vəzifənin hörmətə mindirdiyi yox, vəzifəni hörmətə mindirən KİŞİlərdəndir. Onu tanıyandan sonra daha mən icra başçıları haqda ənənəvi düşüncəmdə azacıq korrektələr etməyə məcburam. Düşünürəm ki, bəlkə Mirdamət Sadıqov tək deyil, hələ onun kimi neçə icra başçısı, dövlət məmuru var ki, sadəcə mən tanımıram?…
Necə olubsa elə də yazacam: tanışlığımızın 5-ci dəqiqəsində artıq şokdaydım. Adam indiyə qədər gördüyüm, tanıdığım icra başçılarından deyildi, adam o birilərdən fərqli olaraq nə puldan danışdı, nə vulqar ifadələr işlətdi, nə də digərləri kimi rayona necə “can yandırdığını” əlini-qolunu ölçərək iddia etmədi. Səsinin tonunu belə qaldırmadan, ölkədəki durumu analiz edir, iqtisadiyyatın yalnız neftdən asılı olmamalı olduğunu söyləyərək, qeyri-neft sektorunun inkişaf etdirilməsi vacibliyini söyləyirdi. Bunu hamı söyləyə bilər, eləmi? Tamamilə doğru….
Ancaq Mirdamət Sadıqov rəhbərlik etdiyi rayonda elə layihələrə start verib ki, bunu yalnız fədakarlıq adlandırmaq olar. İsmayıllı Velosiped Zavodunun dekabrda açılacağını elə şövqlə danışırdı ki, sanki övladının xeyir işindən bəhs edir. İsmayıllı Tikiş Evində onlarla xanımın işlədiyindən, amma bunun az olduğundan da eyni həyacanla bəhs edirdi.
Rayonda olduğum gün icra başçısının sahibkarlarla görüşü keçirilirdi. Tədbirə bir neçə nazirliyin əməkdaşları da qatılmışdı. Mirdamət Sadıqov elə iclasın əvvəlindəcə üzünü zala tutaraq “bəlkə, rayonda kimsə sahibkarlardan nəsə istəyir, kimsə sizi sıxışdırır? Heç nədən çəkinməyin, belə halla qarşılaşan varsa əlini qaldırsın” dedi. İnanılmaz reaksiya: Zal Mirdamət Sadıqovu alqışlayırdı. Şişirtmə zad deyil – bu sahibkarların icra başçısına olan minnətdarlıq səsləriydi, bu cür alqışlamanı təzyiq altında eləmək olmazdı. Hər halda biz də Azərbaycanda yaşayırıq və nəyin necə olduğunu az-çox bilirik…
Həmin görüşdən çox zəngin təəssüratla ayrıldım. Onlardan biri: Deməli, Mirdamət Sadıqov İsmayıllıda ayaqqabı sexi kimi çalışan obyektin sahibinə irad bildirir ki, “axı, niyə indiyə qədər sexi fabrikə çevirə bilməmisən?” Sexin sahibi qayıtdı ki, bəs risq etməkdən qorxur, çəkinir ki, istehsalı artırsa mala bazar tapa bilməyə, filan…
İnanırsımızmı, Mirdamət Sadıqov ərklə onun sözünü kəsdi və dedi: “Maddi sıxıntın varsa, açıq söylə, burda Sahibkarlığa Kömək Milli Fondunun nümayəndəsi də iştirak edir, işi böyütmək üçün maliyyə tapmaq olar”.
Sahibkarların əvəzinə də özü çalışır, onları işə həvəsləndirir, biznesin, kənd təsərrüfatı sahələrinin böyüdülməsinin faydalarından danışırdı. Müxtəlif səbəblər göstərərək niyə işini böyüdə bilmədiyini söyləyən sahibkarlara az qala yalvarırdı ki, filan şeyi eləmək lazımdı, filan məsələni filan təcrübəyə əsaslanaraq tətbiq etməyə çalışın və s.
Sahibkarlardan incik görünürdü, ya da mənə elə gəldi…Hər halda gəldiyim qənaət buydu ki, Mirdamət Sadıqov sahibkarlardan daha böyük aktivlik, təşəbbüskarlıq gözləyir. Üzdən sakit görünməyə cəhd etsə də, gərginliyi zarafatla azaltmağa çalışsa da tələsdiyi hiss olunurdu – O, İsmayıllı rayonu üçün qısa zamanda mümkün qədər çox iş görməyə çalışan adam təəssüratı yaratdı məndə.
Bu yazını yazmayacaqdım, əgər bir neçə saytda Mirdamət Sadıqov haqda həqiqətə uyğun olmayan materiallara rast gəlməsəydim. Yazdım, özümə dost, ağsaqqal saydığım, doğma rayonu üçün mümkünsüzü belə mümkünə çevirməyə çalışan icra başçısını tanımayanlar da tanısınlar deyə. Bir jurnalist bundan artıq daha neynəyə bilərdi ki, bacardığımı elədim….
Zülfüqar SAVAŞ

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=34346

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031