Türk polisi Azərbaycan banklarını araşdırır

20.01.2014 - 02:30

Rza Zərrabın İranla bağlı həyata keçirdiyi qanunsuz fəaliyyətdə “Bank of Baku”nun adı keçir

 
 

İstintaq R.Zərrabla bağlılığı olan
və Azərbaycanda bir çox sektorlarda fəaliyyətini hazırda da davam
etdirən “NAB Holding”lə bağlı araşdırmalara başlayıb. Belə ki, “NAB
Holding”in Türkiyə ilə yanaşı, Azərbaycanda geniş fəaliyyət şəbəkəsinə
malikdir. Holdinqin ayrı-ayrı törəmə şirkətlərinə əslən Cənubi Azərbaycandan olan
Nadir, Bəhram və Şəhram Oromi qardaşları rəhbərlik edir.
Bu şirkətlərin rəhbərliyində təmsil olunan Bəhram Orominin Rza Zərrabla
çox yaxın qohum olduğu bildirilir. R.Zərrabın İranla bağlı həyata
keçirdiyi qanunsuz fəaliyyətdə “NAB Holding”in Azərbaycandakı bankı –
“Bank of Baku”dan da istifadə etdiyi araşdırma mövzusu olub. Hazırda bu istiqamətdə Türkiyədə ciddi istintaq tədbirləri həyata keçirilir. Xüsusilə də sanksiyaların İrana təsirini azaltmaq və çirkli pulların
yuyulmasında “NAB Holding”in iştirakı məsələsi diqqət mərkəzindədir.
Bəzi məlumatlara görə, “NAB Holding”in baş ofisi Dubayda yerləşir və
Nadir Oromi tərəfindən idarə olunur. Əsas ofis isə Türkiyənin İstanbul
şəhərində yerləşir. Məlumat üçün bildirək ki, holdinqin təməli 1988-ci ildə “NAB Dış Ticarət
Ltd” ilə qurulub. Daha sonra fəaliyyət dairəsini genişləndirərək
2008-ci ildə holdinqə çevrilib.
Mərkəzi İstanbulda yerləşən “NAB Holding”in internet səhifəsində verilən
məlumata görə, Azərbaycan, Türkiyə və Tacikistanda bir sıra sektorlarda
fəaliyyət göstərir. Bura avtomobil, maliyyə, xidmət sektorları
daxildir. “NAB Holding” Tacikistanda “Auto Tajikistan” şirkəti ancaq “Hyundai”
avtomobillərinin satışını həyata keçirir. Azərbaycanda isə bu siyahı
daha genişdir və “Auto Azerbaijan” şirkəti ilə “Hyundai” ilə yanaşı
“Chrysler”, “Jeep”, “Dodge”, “Peugeot” və “Geely” markalarının
distribütorudur. Pərakəndə satış sektorunda isə şirkət “Baku
Electronics”lə fəaliyyətini davam etdirir.
“Samsung”, “Siemens”, “Bosch”, “Tefal”, “Nintendo”, “Moulinex” və
“Canon” kimi tanınmış markalarla yanaşı, ümumilikdə 80-a yaxın markanın
distribütoru olduğu vurğulanır. Məlumatlara görə, Azərbaycanda bu markaların 50-dən artıq satış nöqtəsi yaradılıb. “Bank of Baku”, “Qafqaz Lizinq”, “Buta Sigorta” ilə Azərbaycanda təmsil
olunan holdinq, hətta restoran biznesinə da qatılıb. Bakıdakı “Sultan’s
Restaurant” ve “Sultan’s Plus” fast-food zənciri də “NAB Holding”ə
məxsusdur.
“NAB Holding”in Türkiyədə hazırda araşdırma mövzusu olan fəaliyyəti isə
maliyyə sahəsi ilə bağlıdır. Bundan əvvəl də dəfələrlə mətbuat
orqanlarında “Bank of Baku”nun İranla bağlı gizli fəaliyyəti barədə
məlumatlar yayılıb. Hətta bankın rəhbəri kimi Şəhram Orominin adı məşhur Wikileaks
sənədlərində də çəkilib. Həmin sənədlərdə Şəhram Oromi milliyyətcə
azərbaycanlı olan iranlı kimi təqdim edilir.
Zaman- zaman bu bankın adı da artıq bağlanmış “Royalbank”la birlikdə
İranla hansısa əməliyyatlarda çəkilib. Lakin Türkiyədə dekabrın 17-də
başlayan “Böyük rüşvət” əməliyyatından sonra iş adamları Rza Zərrab və
onun İrandakı ortağı Babək Zəncaninin həbsi məsələni yenidən aktual
edib.

Elnarə, aznews.az

Short URL: http://www.cumhuriyyet.net/?p=3436

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031