Elşad Abdullayevdən daha bir şok
ABU rektoru bir daha “Yeni Müsavat”ı ittiham etdi və Kəmaləddin
Heydərovun anasının adından istifadə edən daha bir qadının adını çəkdi
ABU rektoru bir daha “Yeni Müsavat”ı ittiham etdi və Kəmaləddin Heydərovun anasının adından istifadə edən daha bir qadının adını çəkdi
“Sevinc Babayevanın “məktubu” həqiqətə uyğun olmayan, zərərçəkəni təhdid etməyə yönəlmiş, böhtan xarakterli yazıdır”. Bu sözləri fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq
Universitetinin sabiq rektoru, hazırda Fransada mühacirətdə olan Elşad
Abdullayev mərhum Sevinc Babayevanın ölümündən əvvəl Bakı Prokurorluğuna
yazdığı iddia edilən məktubla bağlı mövqeyini açıqlayarkən deyib.
Sevinc Babayevanın yazdığı iddia edilən həmin məktubun mətni “Yeni
Müsavat”da dərc olunub. Məktubda Elşad Abdullayev və qardaşlarının
ünvanına sərt ittihamlar yer alıb.
Elşad Abdullayev isə bildirir ki, bu qondarma məktubdur və qardaşı
Mahir Abdullayevi oğurlayanlar cinayətlərini ört-basdır etmək üçün bu
üsula əl atıblar: “Bu şər maşının başında Prezident Administrasiyasının
rəhbəri Ramiz Mehdiyev və bu qurumun ictimai-siyasi şöbəsinin müdiri Əli
Həsənov dayanır. Mən 10 ildən çoxdur ki, Ramiz Mehdiyevlə Əli Həsənovun
şər maşını ilə üzbəüz qalmışam. 37-ci ilin bu əxlaqsızlığını siyasətə
və ədalət mühakiməsinə gətirən də onlardır. Ramiz Mehdiyev Gülər
Əhmədova kimilərinin əlilə çox adamı şərləyərək əmlakını və pulunu
mənimsəyib. Mən, Gülər Əhmədovadan pulumu istəyən kimi Ramiz Mehdiyevin
şanlı hüquq-mühafizə orqanları ABU-ya qarşı korrupsiya adı altında
şərləmə kampaniyası aparırdı. Mənə açıq-aşkar bildirirdilər ki, o
qadının üstünə getmə və ondan pulunu istəmə. Yoxsa səni qardaşların
Mahir və Eldənizdən betər günə qoyarıq. Sənin nəyin Əli Insanovdan,
Fərhad Əliyevdən, Sirus Təbrizlidən artıqdır? Beləliklə, uzun müddət
hüquq sahəsində çalışan bir adama açıq-aşkar təhdidedici mesajlar
verirdilər”.
Elşad Abdullayev bildirib ki, əgər məktubda yazılanlar həqiqətdirsə,
nə üçün Sevinc Babayeva bunu 10 ildən sonra yazıb: “Əslində bu qondarma
məktub Sevinc Babayeva, Lyudmila Məmmədova və Tavat Şirinovanın 2012-ci
il sentyabrın 26-da mənim əleyhinə yaydıqları videonun yazılı
versiyasıdır. Yəni, məktubdakı ittihamlar həmin videoda da var idi.
Əslində bu video Sevinc Babayevanı aradan götürməyə hesablanmışdı. Və
düz ay sonra dekabrın 26-da Sevinc Babayeva Türkiyədə planlı şəkildə
qətlə yetirildi.
Yeri gəlmişkən, həmin videonın qəhrəmanlarından biri olan Ludmila
Məmmədova da Sevinc Babayeva kimi bir gün də olsun ABU-da işləməyib.
Başqa maraqlı fakt budur ki, Əli Zəngilanski ilə mənim görüşüm zamanı
(bu görüşün videoyazısı 2013-cü il mayın 13-də ictimailəşib) fövqalədə
hallar naziri Kəmaləddin Heydərovun ansının adı ilə mənimlə danışan
qadınlardan biri də məhz Lyudmila Məmmədova olub.
Son olaraq bir daha qeyd edirəm ki, mənim qardaşım, MTN zabiti Mahir
Abdullayev prezident Ilham Əliyevin əmisi oğlu Ilqar Əliyevin sifarişilə
Ramiz Mehdiyevin himayədarlığı altında hüquq- mühafizə orqanlarındakı
paqonlu mütəşəkkil cinayətkar dəstə tərəfindən oğurlanıb. Bu cinayəti
ört-basdır etmək üçün mənə ağlagəlməz böhtanlar atılır”.
Short URL: http://www.cumhuriyyet.net/?p=3437