Azərbaycan idmanının Soçi biabırçılığı
Bakını təmsil etmək üçün Soçiyə yalnız əcnəbi atletlər gedir, lakin, onların heç biri qələbə ümidi yaratmır
Azərbaycandan
Soçi Olimpiadasında iştirak etmək üçün yalnız əcnəbi idmançılar
yollanır, lakin, yarışlarda Azərbaycan bayrağı altında çıxış etmək üçün
əcnəbi idmançıların cəlb edilməsi belə, bu ölkəyə qələbə və medal üçün
heç bir şans vermir – Bu haqda BBC-nin Rusiya bölməsinin saytında
məlumat verilir.
Məqalədə
qeyd olunduğu kimi, Azərbaycan heç vaxt qış idman növlərində qazandığı
qələbələrlə yadda qalmayıb. Bununla belə, 1998-ci ildə Azərbaycan
tarixində ilk dəfə olaraq öz komandası ilə Qış Olimpiya Oyunlarında
təmsil olunmağa başladı, lakin, komandaya rus əsilli idmançılar da daxil
idi. O vaxtdan bəri Qış Olimpiadasında iştirak Azərbaycan üçün bir
ənənəyə çevrildi və bu ölkəni təmsil edən oyunçuların adlarının
milliyyətcə Azərbaycanlı adları olmaması ilə yadda qaldı.
BBC-nin
Azərbaycan Xidmətinə müsahibəsində Azərbaycan Milli Olimpiya
Komitəsinin rəsmiləri bildirib ki, bu ölkə üçün əsas olan Olimpiya
oyunlarında iştirak etməkdir. “Dünyanın
ən böyük və çox nüfuzlu tədbirlərindən biri olam Olimpiya oyunları
çoxmilyonlu auditoriya tərəfindən izləniləcək. Azərbaycanın adının bu
oyunların gedişatında heç olmasa üç dəfə səsləndirilməsi belə, bizim
üçün ən əlamətdar bir hadisə olacaq. Reklamdan savayı bizim nəyə
ehtiyacımız var ki? Biz məhz bunun üçün çalışırıq.” – deyə Azərbaycanın
Soçi Olimpiadasındakı nümayəndə heyətinin rəhbəri Könül Nurullayeva
bildirib. O, həmçinin Azərbaycan komandasının üzvlərinin medala iddia
etməsi üçün kifayət qədər gücə malik olmadığını da etiraf edib.”
“Onların
medal qazana bilməyəcəyini bildiyiniz halda, niyə xaricdən əcnəbi
idmaçıları cəlb edirsiniz?” – deyə, müəllif soruşur. İdman şərhçisi
Elçin Cəlilov bu cür yanaşmanı özünüaldatma kimi dəyərləndirir. ” Biz
idmançı axtarmaq üçün Şimal ölkəsinə gedib oradan elə idmançıları
gətiririk ki, onlar öz ölkələrində nə on, nə də beş ən yaxşı idmançı
siyahısına daxil deyil.” – deyə, şərhçi əlavə edir. Onun
fikrincə, bu ona görə baş verir ki, idmanın bir çox sahələri
bürokratların əlində cəmləşib. E.Cəlilov inanır ki, yaranmış bu vəziyyət
utancvericidir.
Bakı
İdman Mərkəzinin nümayəndəsi Elşən Məmmədov vurğulayır ki, ölkənin Qış
İdman Növləri Federasiyasının üzərinə düşən bir sıra vacib funksiyalar
var.” Əgər Federasiya Qış Olimpiadası üçün idmançıların seçilməsi
prosesinə ciddi yanaşsaydı, onlar ölkə hüdudlarından kənarda yaşayan heç
olmasa bir Azərbaycanlı idmançı tapa və olimpiadaya hazırlıq prosesində
ona dəstək ola bilərdi.”
Short URL: http://www.cumhuriyyet.net/?p=3438