Hökumətin “Avro 4” yalanı

20.01.2014 - 10:52

Azərbaycan Avro 3 standartına
ancaq 2014-cü ilin ikinci yarısında və ya sonlarında keçə bilər

Ölkədə
Avro 4 standartına nail olmaq üçün şərait yoxdur

 

 

Aprel ayından Avro 4 standartına
uyğun gəlməyən avtomobillərin ölkəyə gətirilməısi mümkün olmayacaq. Bura
istehsal müddəti 2005-ci ilə qədər olan avtomobillər daxil ediləcək. Minik avtomobilində bir kilometr yolun qət
edilməsi üçün havaya buraxılan dəm qazının miqdarı Avro 2-də 2.3 qram idisə,
Avro 3-də ikidir, Avro 4-də isə, bu rəqəm artıq 1 qramdır.
Yeni qərar prezidentin ölkənin ekoloji durumunun yaxşılaşdırılması üçün Avro 3
standartına keçidlə bağlı tapşırığından sonra qəbul edildi. Azərbaycanda Avro 3
standartına keçid baş verməmiş Avro 4 standartı tətbiq ediləcək. Yeni
standartın bu il aprelin birindən qüvvəyə minməsi qərara alınıb. Yanvarın 1-dən
Azərbaycanda “Avro-3”
standartına uyğun gəlməyən avtomobillərin ölkəyə idxalının qadağan olunması ilə
bağlı qərar qəbul edilmişdi.

Bəs bu standartlara keçid nəyi
dəyişəcək? İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, bu standarta
keçidin bizim üçün əhəmiyyəti böyükdür. Bundan sonra avtomobillərin ölkəyə
daxil olması həm də ekoloji baxımdan nəzərə alınacaq: “Avro-3 standartları
Avropa standartlarının ən aşağı səviyyəsidir. Bizdə də yanvarın 1-dən bu
standart tətbiq olunmağa başlayacaq. Hətta 2015-ci ildən sonra daha mükəmməl,
daha yeni standartlara keçiləcək. Avro-3 standartı standartların ən aşağı
pilləsidir. Standartlara əməl olunması Rusiyadan avtomobil ixracına ciddi təsir
olacaq. Çünki Rusiya avtomobillərinin böyük əksəriyyəti bu standartlara cavab
vermir”.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham
Şaban bu standartı sırf ekoloji adlandırdı. O, Azərbaycanın Avro 4 standrtına
keçəcəyinə inanmır: “Çünki, o standrtda yanacağı istehsal etmək üçün böyük
investisiya etmək lazımdır. Heydər Əliyev adına Neft Emalı Zavodunda isə yeni
qurğular tikmək lazımdır. Bu isə elə-belə bir məsələ deyil ki, qısa bir
müddətdə yeni şeylər əlavə edib həyata keçirələr”.
İlham Şabanın fikrincə hətta Avro 3 standartına belə ancaq 2014-cü ilin ikinci
yarısında və ya sonlarında keçə bilərlər. Bu baxımdan da Avro 4 standartına
nail olmaq üçün Azərbaycanda heç şərait yoxdur: “Baş nazirin imzaladığı
sərəncama görə aprel 1-dən Avro 4 standartına keçilməlidir. Bu isə böyük
investisiya tələb edir. Dünyada hər yerindən duran ölkənin Avro 4 standartında
yanacaq buraxmaq gücündə deyil. Bizim emal müəssisəsində ona görə indiyə kimi
tərəddüd edilirdi ki, o zavod söküləcək. Bu hamıya bəllidir. O şəhərdən
çıxarılacaq və yeni zavod tikiləcək. Lazım olan qurğular isə elə belə qurğular
deyil. Onların qiyməti 100 milyonlarladır. Hesab edin ki, o zavodun yanında
yeni bir zavod tikiləcək. Mən bilmirəm ki, o kommersiya baxımından özünü
doğruldacaq yoxsa yox”.
Ekspertə Nazirlər Kabinetinin sərəncamı qaranlıqdır. O, bu sərəncamın nəyə görə
verilməsini araşdırmaq lazım olduğunu deyir: “Əgər bu ölkədəki
avtomobilləri Dövlət Avtomobil Müfəttişliyi özü elan edirsə ki, avtomobil
parkının 60 faizdən çoxu 20 ildən yuxarı avtomobillərdirsə, onun mənası nədir?
Sən istəyirsən Avro-6 standartın da burax. Onların hamısı köhnə
avtomobillərdir. Hökümət o imkanı yaratmalıdır ki, bir maşın gətirəndə onun
üstündə gömrük qeydiyyatı almasınlar”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3439

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2024
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930