Mübariz Tağıyevdən şok etiraflar: “Rəşid Behbudovun qəbrinin üstünə getdim ki andımı pozum”

09.10.2015 - 11:17

mubuXalq artisti Mübariz Tağıyev “Mədəniyyət” kanalında Nərgiz Cəlilovanın aparıcısı olduğu “Sevilənlər” verilişində maraqlı açıqlamalar verib.

Ölkə.Az-ın məlumatına görə, sənətkar illər öncə əfsanəvi Rəşid Behbudovun onu and içdirdiyini etiraf edib:

“Hərbi xidmətdə olanda Rəşid Behbudov mənim olduğum hərbi hissəyə teleqram vurmuşdu. Onu bütün dünyada tanıyırdılar. Bu mənimçün çox böyük şey idi. O teleqramdan sonra mənə olan münasibət də dəyişdi, daha çox hörmət etməyə başladılar. Teleqramda yazılırdı ki, hərbi xidmətdən sonra səni Mahnı Teatrına dəvət edirik. Elə də oldu. Gəlib fəaliyyətimi orada davam etdirdim. Rəşid müəllim mənə bildirdi ki, ya səhnəni seç, ya da toyu. Əslində, mən özüm toya gedən sənətçilərə pis baxmıram. Amma bu onun istəyi və tələbi idi. Sonra otağındakı “Quran”ı çıxarıb stolun üstünə qoydu və məni and içdirdi. Rəşid Behbudov dünyasını dəyişdi…1993-cü il idi, sənət adamları çətin vəziyyətdə yaşayırdılar. Gördüm ki, çıxış yolu yoxdur. Getdim Rəşid Behbudovun qəbrinin üstünə ki andımı pozum, toylarda restoranlarda oxuyum. Çünki dolanmaq olmurdu”.

Xatırladaq ki, Mübariz Tağıyev uzun illər Rəşid Behbudovun rəhbəri olduğu Mahnı Teatrının solisti olub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=34395

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031