Artan büdcə fonunda elmə azalan qayğı
Elm işçilərinin orta aylıq əməkhaqqısı
yuxarıda qeyd olunan məmur korpusunun əməkhaqqısından 5-6 dəfə azdır
Elm
işçilərinin əməkhaqqıları ölkədəki orta aylıq əməkhaqqının səviyyəsindən
aşağıdır
Elm haqqında
yaxşı sözlər deyib, onları divarlara vurmaqda olar, həmin şuarları ucqar kənd
yerlərində ən gözəgəlimli yerlərdən asmaq da olar. Amma bütün bunlar bizim elmə
olan gerçək münasibətimizi və acı olan real durumumumuzu sığortalaya bilməz.
Çünki, real münasibət göz önündədir. Elmi insitutlarda və akademiyalarda
çalışan elm adamlarımızın aldıqları əməkhaqqı ölkədəki orta aylıq əməkhaqqıdan
da aşağıdır. Yaxşı, başa düşdük ki, bu ölkədə sıravi polis nəfəri və ya yol
polisi onu öz “şinelindən” çıxaran alimindən, elm adamından (professorundan)
yuxarı başa keçirdilərək 2-3 dəfə daha yüksək əməkhaqqı alır. Bəs, bu durum
hökuməti niyə düşündürmür? Onun bu istiqamətdə vəziyyətin düzəlməsi üçün hansı
addımlar atır?
Ona görə,
çoxsaylı suallara cavab tapılması üçün elmin maliyyələşməsi üçün hökumətin
fiskal siyasətinə diqqət edək. Son illərdəki büdcə artımlarının dəfələrlə
ölçüldüyü bir halda elm xərclərində heç bir ciddi artımdan danışa bilmirik.
Düzdür, arada belə fikirləri eşidirk ki, guya elmə-təhsilə ayrılan büdcə
pulları milyard manatla ölçülür. Amma təəsüf ki, bu belə deyil. Çünki, büdcədə
elm xərcləri ilə təhsil xərcləri eyni maddə deyildir. Amma bizim elm xərclərimiz hətta 100 milyon
manatlarla ölçülmür. İlkin olaraq elm xərclərin büdcədə vəziyyətinə baxaq. Elm
xərcləri büdcənin sosial (təhsil) xərclərinə deyil, ümumdövlət xidmətləri
xərclərinə daxildir. Məlumat üçün bildirim ki, illər üzrə elm xərcləri büdcədə
əhəmiyyətli deyil, nisbi artımla müşahidə olunmuşdur. Belə ki, elm xərcləri
büdcədə 2005-ci ildə 28,676 milyon, 2006-cı ildə 33,975 milyon, 2007-ci ildə
42,6 milyon, 2008-ci ildə 64,6 milyon, 2009-cu ildə 106,17 milyon, 2010-cu ildə
101,2 milyon, 2011-ci ildə 108,7 milyon, 2012-ci ildə isə 126,2 milyon manat
təşkil etmişdir. İllər üzrə dinamikadan
görünür ki, 2008-cu ildən sonra elm xərclərində əhəmiyyətli artımlar var. Lakin
bu artımlar büdcə gəlirləri fonunda böyük görünmür. Hazırda
elmə xərclərinin ÜDM-də payı 0,2% həddindədir. Müqayisə üçün bildirim ki, hələ
sovet ittifaqı zamanı, ötən əsrin 80-90-cı illərində elm xərclərinin ÜDM-də
payı 0,3-0,5% arasında idi. Müstəqillik illərindən sonra isə vəziyyət bir az
dəyişib. Təkcə son 2 ildəki vəziyyyətə diqqət etmək yetərlidir. Ötən il, yəni
2012-ci ildə büdcədən elm xərclərinə 122,6 milyon manat ayrıldığı halda, təkcə
bağça təhsilinə 90,5 milyon manat və orta təhsilə isə 744,7 milyon manat
ayrılıb.
2013-cü ilin
büdcəsinin bütün xərc maddələrində əhəmiyyətli artımlar olduğu halda, elm
xərclərində çox cüzi fərqlər oldu. Söhbət cəmi 8 milyon manat artımdan gedir.
Yəni, bu il üçün elm xərclərinin cəmi məbləği 130,5 milyon manat oldu. Həm ötən
il, həm də bu ilki elm xərclərinin ortalama olaraq isə büdcə xərcləmələrində və
ÜDM-də payı olduqca azdır. Belə ki, bizdə elm xərcinin büdcə xərcləmələrində
payı 0,7% təşkil edir. Müqayisə üçün bildirim ki, 2010-cu ildə bu rəqəm 0,8%
idi. Rusiyada adambaşına düşən elm xərcləri 26 min
dollardırsa, Azərbaycanda bu rəqəm 12 750 min dollar təşkil edir. Yalnız Rusiya
qonşumuzla müqayisədən görünür ki, adambaşına ayrılan elm xərclərimiz onlardan
2 dəfədən də çox geri qalır.
2013-cü ilin
büdcə müzakirələrində biz bunun parlametdə şahidi olduq. Büdcə layihəsi ilə
bağlı müzakirədə maliyyə naziri elm xərclərinin artırılması ilə bağlı bir
mütəxəssisin fikrinə necə sərt münasibət göstərməsi yaddaşlardadır. Bu cür
müzakirə və büdcə qərarlarının qəbulu ciddi perspektiv vəd etmir. Diqqət edəndə
görürük ki, elm sahəsində işləyənlərin aldıqları orta aylıq əməkhaqqı digər
sahələrdə çalışanların orta aylıq əməkhaqqısindan xeyli aşağıdır. Belə ki, orta
ümumtəhsil məktəblərində orta aylıq əməkhaqqı 128-188 manat, ali məktəblərdə
175-215 manat, dosentlər 265-305 manat, professorlar 330-415 manat səviyyəsində
əməkhaqqı alırlar. Gəlin başqa sahələrdə çalışanların orta aylıq əməkhaqqı
səviyyəsi ilə müqayisələrə baxaq. Milli Məclisin deputatları 1360 manat, yüksək
idarəetmədə çalışan məmurların əməkhaqqısı 1000-1500 manat əməkhaqqı(zərf
maaşın nəzərə almayanda) arasında dəyişir. Deməli, elm işçilərinin orta aylıq
əməkhaqqısı yuxarıda qeyd olunan məmur korpusunun əməkhaqqısından 5-6 dəfə
azdır. Azərbaycanda təkcə Milli Elmlər Akademiyasında
təxminən 10 min insan çalışdığı halda, onların orta aylıq əməkhaqqısı 300 manat
həddindədir. Məlumat üçün bildirək ki, 2012-ci ildə orta aylıq əməkhaqqı 396
manat səviyyəsində olub. Bu isə o deməkdir ki, elmi işlərin əməkhaqqıları
ölkədəki orta aylıq əməkhaqqının səviyyəsindən aşağıdır.
Müxtəlif konfrasnlarda və
debatlarda mən həmin elmi adı olan məmurların çıxışlarına çox diqqət etmişəm.
Bunun elmi əzabın yaşamaqdansa, ondan imtina ən yaxşı yol deyilmi? Pulun var,
vəzifən var, həcə getmisən, hələ bir elmi adı da olmalıdır ki, bunu barmaqla
göstərsinlər. Bu sadəcə Azərbaycan fenomenidir.
Məhəmməd
Talıblı
İqtisadi
Təhlil İnsitutunun rəhbəri
Short URL: http://www.cumhuriyyet.net/?p=3440