Səttar Mehbalıyevin cinayəti gizlədilir

20.01.2014 - 11:21

Özünü yandıran Qarabağ qazisinin atası Səttar Mehbalıyevin “Edis Group” oyununa cavab verdi

 

Dekabrın 25-də Azərbaycan Həmkarlar Ittifaqları Konfederasiyasının
(AHIK) qarşısında özünü yandıran və daha sonra xəstəxanada dünyasını
dəyişən Qarabağ qazisi Zaur Həsənovu faciəli olayının səbəbləri ilə
bağlı iddialar yayılıb. Mediada 20 aprel 2008-ci ildə “EDIS GROUP”
MMC-nin prezidenti Məmmədov Samir Arif oğlu ilə fərdi şəxs Həsənov Zaur
Həsən oğlu arasında bağlanmış müqavilənin surəti dərc olunub.

Müqavilədə göstərilir ki, Həsənov Z.H adına verilmiş Bibiheybət
bələdiyyəsinin 25 saylı sərəncamına əsasən, 70 kvadratmetr torpaq
sahəsinin qabaqcadan pul almaq şərti ilə “EDIS GROUP” MMC-yə 5 illik
müddətinə icarəyə verilir. Şirkət 5 il müddətinə öz işçiləri üçün
“Ailəvi istirahət və iaşə mərkəzi” yaradır, bu mərkəzə rəhbərlik Həsənov
Z.H-a tapşırılır.

Azərbaycan Həmkarlar Ittifaqları Konfederasiyası (AHIK) özünə qəsd
edən Qarabağ əlili Zaur Həsənovla bağlı açıqlama yayıb. Açıqlamada
deyilir ki, əlindən alındığına görə Zaurun özünü yandırdığı kafe,
əslində, ona məxsus deyilmiş və həmin obyektə çəkilən xərclərin də
Həsənova dəxli olmayıb.
AHIK bildirib ki, Bibiheybət qəsəbəsi, “Şıx” sanatoriyasının ərazisində
yerləşən çayxananın faktik sahibi “Edis Group” şirkəti olub. Şirkət Ali
Məhkəmənin Plenumuna kasasiya şikayəti verərkən çayxananın həmin
şirkətin balansında olması haqqında məhkəməyə sənədlər də təqdim edib. O
da qeyd edilib ki, 70 kv.m. torpaq sahəsi Zaur Həsənova 10 illik
istifadəyə verilib. Əlavə kasasiya şikayətində göstərilənlərdən bu
nəticə çıxır ki, çəkilən xərclərin Həsənova heç bir aidiyyəti olmayıb.

Z.Həsənovun atası Həsən Həsənov isə “Bizim Yol”a açıqlamasında bu
məlumatı təkzib edib: “Zaur həmin kafeni 1994-ci ildən işlədirdi. O
zaman elə bir şirkət yox idi ki, müqavilə də olsun. “Edis Group”
şirkəti keçmiş müdafiə naziri Səfər Əbiyevə məxsusdur. Sonra, guya Zaur
Azərbaycan Həmkarlar Ittifaqları Konfederasiyasının qarşısına Səfər
Əbiyevin adamlarına məxus olduğu deyilən maşında gətirilib. Zaur 3 uşağı
ilə birlikdə “214″ nömrəli maşrutla gəlib Konfederasiyanın qarşısına.
Bu məlumatların yayılması Zaurun intiharına səbəbkar olan şəxsi arxa
plana keçirməkdir. Cinayətkarı gizlətməkdir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=3443

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031