Hakimiyyətin Şəhidlər Xiyabanında növbəti rüsvayçılığı

20.01.2014 - 15:42

Polis Milli Şuranın Şəhidlər Xiyabanını ziyarətinin qarşısını ala bilmədi

Polis Milli Şuranın Şəhidlər Xiyabanını ziyarətinin qarşısını ala bilmədi
 
Milli Şuranın Şəidlər Xiyabanına ziyarəti insidentsiz ötüşməyib.  Polis basqınına baxmayaraq Milli Şura öz tərəfdarları ilə birlikdə
Şəhidlər Xiyabanını ziyarət edə bilib. Basqın zamanı polislər Milliyətçi
Demokratlar Partiyasının əklilini qırıblar.
Milli Şuranın izdihamlı kalonu başda qurumun sədri Cəmil Həsənli
olmaqla, Xiyabana daxil olub. Milli Şura üzvləri şəhidlərimizin
məzarları üzrəinə qərənfillər düzüb, ruhlarına dualar oxuyublar.
Yanvarın 20-də Cəmil Həsənli, Əli Kərimli, Gültəkin Hacıbəyli, Mirmahmud
Mirəlioğlu, Fuad Qəhrəmanlı, Sülhəddin Əkbər, Qələndər Muxtarlının öndə
getdiyi Milli Şura üzvləri Şəhidlər Xiyabanını ziyarət ediblər.
 Şəhidlər Xiyabanında olan əmədaşımızın verdiyi məlumata
görə, Milli Şura nümayəndələrinə buradakı əbədi məşəl kompleksinə əklil
qoymağa icazə verilməyib.
Belə ki, polislər müxalifət nümayəndələrinin istəyinə qarşı çıxıblar və
tərəflər arasında qarşıdurma yaranıb. Polislər müxalifətçilərə
bildiriblər ki, “heç kimə əklil qoyulmasına icazə verilmir”.
Milli Şura üzvləri isə bununla razılaşmayaraq, gətirdikləri əklili
şəhidlərin məzarları üstünə qoymaq istəyiblər. Bu zaman Polislər əklili
qırmaq istəyiblər. Qarşıdurma yaranıb. Xəsarət alan isə yoxdur.
 
 
 

 

 

 

 

 

 

 

 

Short URL: http://www.cumhuriyyet.net/?p=3446

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930