Suriyada daha iki azərbaycanlı döyüşcüsü öldürüldü

20.01.2014 - 16:16

Müharibədə məğlub olan ölkənin vətəndaşları başqa dövlətdə vuruşur.

Müharibədə məğlub olan ölkənin vətəndaşları başqa dövlətdə vuruşur.
 

 Mücahidlərə məxsus saytların yaydığı  məlumatlara  görə, “Əl-Nüsra Cəbhəsi” sıralarında Bəşər Əsədə qarşı
vuruşan, Azərbaycanın Qusar rayonundan olan “Seyfullah ləzgi” ləqəbli
mücahid dünən, 18 yaşlı Nicat adında azərbaycanlı isə bir neçə gün əvvəl
hökumət qüvvələri tərəfindən öldürülüb.

“Seyfullah ləzgi” ləqəbli Azərbaycan vətəndaşının əsl adı və fotosu isə
yoxdur. Onun bundan əvvəl döyüşlərdə bir neçə dəfə yaralandığı da qeyd
olunur.

Mücahidlərin yazdığına görə, döyüşlərdə həlak olan Nicat isə ötən il
tələbə adını qazanıb, elə birinci kursda oxuyarkən Suriyaya yollanıb.
Mücahidlər onun fotosunu da yayıblar.

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup
Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların
tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə
100-ə yaxın azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu
mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3448

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930